"Azərtac"ın keçmiş əməkdaşı intihara cəhd edib

17:22 27.02.2023 2 022
"Azərtac"ın keçmiş əməkdaşı intihara cəhd edib

"Azərtac" Dövlət İnformasiya Agentliyinin keçmiş əməkdaşı Aygün Əliyeva fevralın 27-də səhər saatlarında intihara cəhd edib

Bu barədə redaksiyamıza onun yaxınları bildiriblər. Hazırda o, 1 saylı Kliniki Tibbi Mərkəzinin Təcili Yardım şöbəsindədir.

Hadisəyə səbəb Ali Məhkəmənin Aygün Əliyevanın hüquqlarını pozması olub. Jurnalist 2021-ci ildə sosial şəbəkələrdə tənqidi statuslarına görə işdən çıxarılıb. Həmin vaxtdan etibarən hüquqlarını məhkəmələrdə bərpa etməyə çalışıb.

2021-ci ilin mart-aprel aylarında Bakının Nəsimi Rayon Məhkəməsi onun şikayətini təmin etməyib. Əliyevanın verdiyi apellyasiya şikayətinə 2021-ci ilin may ayında baxılıb və qərar qüvvədə saxlanılıb. 2022-ci ilin sentyabrında Ali Məhkəmə bu qərarı ləğv edib və işi yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarıb.

2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi Aygün Əliyevanın işə bərpa olunması və ona təzminat ödənilməsi haqqında qətnamə çıxarıb. Amma digər tərəf kassasiya şikayəti verib və yanvarın 25-də Ali Məhkəmə işi apellyasiya instansiyasına qaytarmaq barədə qərar qəbul edib.

Fevralın 26-da məlum olub ki, jurnalistin xeyrinə verilmiş qərar ləğv edilib və elektron məhkəmə sisteminə keçmiş tarixlə - 25 yanvar tarixi ilə yüklənib, - deyə, vəkil Bəhruz Bayramov bildirib.

Vəkil daha sonra qeyd edib:
"Kassasiya şikayətini jurnalisti işdən çıxaran "Azərtac"ın rəhbəri Aslan Aslanov verib. Tezliklə, o, özü də vəzifədən azad edilib. "Agentliyin yeni rəhbəri Vüqar Əliyev bir neçə dəfə Aygün Əliyeva ilə əlaqə saxlayıb, onun işdən çıxarılması haqqında əmri ləğv etməyə razı olduğunu söyləsə də, amma onu işə bərpa etməyə və təzminat ödəməyə razılaşmayıb.

Jurnalist bərpa olunmasında israr etmirdi, amma 2,5 il məcburi olaraq işsiz qaldığı üçün təzminat ödənilməsini tələb edib. Agentliyin rəhbəri bununla razılaşmayıb, öz sələfinin səhvini ödəmək məcburiyyətində olmadığını bildirib".

"Azərtac"ın rəhbəri Vüqar əliyev "Turan"ın müxbirinin bu işlə bağlı suallarına cavab verməkdən imtina edib və deyib ki, "Bu, məndən əvvəl baş verib. Mən, barışıq təklif etdim, amma alınmadı".

Ali Məhkəmədən və "Azərtac"ın keçmiş rəhbəri Aslan Aslanovdan şərh almaq mümkün olmayıb.

1 saylı Kliniki Tibbi Mərkəzdən "Turan"a bildiriblər ki, hazırda Aygün Əliyevanın vəziyyəti qənaətbəxşdir, həyatı üçün təhlükə yoxdur.

Xatırladaq ki, Aygün Əliyevanın problemləri bələdiyyələrin fəaliyyətini tənq edən status dərc etməsindən sonra başlayıb. O, öz profilində belə bir ifadə yazmışdı: "Mən, niyə gedib səs verməliyəm? Bir zibil qutusu belə qoymayıblar". Bundan sonra ondan açıqlama yazmağı tələb ediblər: "Cavab verdim ki, dövlət başçısı belə bələdiyyələrin fəaliyyətini tənqid edir, bunda nə var ki? Amma mənə dedilər ki, bu, Prezident Administrasiyasının tələbidir".

2020-ci il avqustun 3-də Əliyeva işdən çıxarılıb. O, işdən çıxmaq haqqında ərizə yazmaqdan imtina edib.

"Bu qız dövlət əleyhinə çağırışlar, bələdiyyələrin fəaliyyəti haqqında statuslar yazır, biz, bunu yanvarda sizə demişdik, amma siz onu işdən çıxarmadınız, indi isə çıxarmalısınız", - guya Prezident Administrasiyasının nümayəndəsi "Azərtac"ın rəhbərliyinə belə deyib.

Ərizə yazmaqdan imtina etdikdən sonra, onu öhdəliklərini icra etmədiyinə görə işdən çıxarıblar.

Jurnalist Nəsimi Rayon Məhkəməsinə müraciət edib, məhkəmə iddianı təmin etməyib:

"Məhkəmədən açıq şəkildə bildiriblər ki, məni işdən çıxarmalarının səbəblərindən biri Facebook-da yazdığım statuslardır. Məhkəmədə mənə dedilər ki, mən, dövlət əleyhinə məqalələr yazıram. Belə ki, agentliyin rəhbərliyi məhkəməyə göndərdiyi məktubda mənim işdən çıxarılmağım haqqında tapşırığın Prezident Administrasiyasından verildiyini qeyd edib".(Turan)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}