Ağsu rayonunun Keçdiməz kəndi ərazisində yanğın hadisəsi qeydə alınıb.
Bu barədə
Becan.az saytına yerli sakinlər məlumat verib.
Məlumata görə, yanğın Keçdiməz kəndinin dağlıq sahəsində, meşə, kol-kos və quru otlaq ərazidə başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağsu yanğınsöndürmə briqadasının əməkdaşlarının və texnikasının istiqamət aldığı bildirilir.
Hazırda çətin relyefli ərazidə yanğının davam etdiyi qeyd edilir.
***Yerli sakinlərin Becan.az-a verdiyi məlumata görə, Ağsunun Keçdiməz kəndi ərazisində, çətin relyefli dağlıq ərazidə günün ikinci yarısında başlamış yanğın FHN-in yanğınsöndürmə əməkdaşları tərəfindən axşam saatlarında artıq söndürülüb.
Becan.az