Sabirabadda pambıq zavodunda yanğın baş verib - VİDEO, FOTO

22:39 19.02.2023 1 152
Sabirabadda pambıq zavodunda yanğın baş verib - VİDEO, FOTO

Sabirabadda pambıq emalı zavodunda başlayan yanğınla bağlı DİN məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, bu gün saat 18 radələrində Sabirabad Rayon Polis Şöbəsinə rayonun Axtaçı Muğan kəndində yerləşən pambıq qəbulu məntəqəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə dərhal RPŞ-nin və FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb olunublar. Hazırda şöbə əməkdaşları tərəfindən hadisə yerinin mühafizəsi təmin olunur, təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirilir.

Yanğının söndürülməsi istiqamətində zəruri olan bütün tədbirlər görülür.

***

Sabirabadda pambıq zavodunda başlayan yanğının əhatə dairəsinin genişləndiyi bildirilir.

Report-un məlumatına görə, rayonun Axtaçı Muğan kənd ərazisindəki pambıq emalı zavodunda yanğın hələ də davam edir.

Yanğını söndürmək məqsədilə Sabirabad, Saatlı, Şirvan, Hacıqabul rayonlarından FHN-nə məxsus 15-ə yaxın yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb edilib.

Buna baxmayaraq, alovun əhatə dairəsi genişlənərək, ərazinin 50 faizini əhatə edib.

Hazırda yanğının söndürülməsi istiqamətində mübarizə davam etdirilir.

***

Sabirabadın Axtaçı Muğan kəndində yerləşən pambıq emalı zavodunda yanğın hadisəsi baş verib.

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi(FHN) məlumat yayıb.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonunun Axtaçı Muğan kəndində pambıq emalı zavodunda yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.






Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO