Təbiət və biz

15:15 12.09.2023 3 248
Təbiət və biz






Rövşən ŞİRALIYEV






Son günlərdə yağan aramsız yağışlar fəsadlar törətsə də, solub-saralmış təbiəti, ilk baharda olduğu kimi, yamyaşıl edib... Sanki təbiət yenidən oyanır...

"O, hər an dəyişir, bir an da dinclik bilmir. Dayanmaq nədir, ona məlum deyil. Hər cür hərəkətsizliyin düşmənidir"...

Sitat kimi istifadə etdiyim son cümlələr G.İ.Volfqanqın fikirləridir. Alman şair və filosofu "Təbiət haqqında" essedə deyirdi ki, o, körpənin də ona vəz oxumasına imkan verir:

“Hər axmaq belə onun haqqında hökm verə bilir. O, hamı ilə əylənir və haqq-hesab çəkir...”

Ən böyük dərd də odur ki, bəzən "axmaq da onun barəsində hökm verə bilir" və necə ki, biz, o hökmlərin əzabını çəkirik.

Adətən, sel yazda olardı, indi isə yayda da, payızda da sel və daşqınlar olur. Yağıntıların çoxluğu bir səbəbdirsə, ikinci səbəb məhv edilmiş meşələrdir. Yağan yağışlar yerə düşməyi ilə çaylara doğru üz tutur, torpağa hopmağa vaxt tapmır...


Çaylarda cəmləşən sular da sellər yaradır, aparmağa Saranı tapmasa da, bahalı maşınları, mal-qaranı qabağına qatıb, aparır, ona qəsd edənlərdən qisasını alır.

Çaylarda yaranan selin sürətinə diqqət yetirin; olduqca sürətli hərəkət müşahidə olunur. Onun da başlıca səbəbi hiyləgər təbiətin həmin çay yataqlarında yaratdığı maneələrin - nəhəng daşların insanlar tərəfindən başqa məqsədlər üçün daşınıb, aparılmasıdır. Sel suları qarşısında əsrlərlə sinə gərən həmin daşlar kükrəyən dağ caylarındakı suyun sürətini azaldır, daha böyük fəlakətlərin yaranmasına imkan vermirdi. İndi sel suları körpülərin bünövrəsini belə yuyub aparır. Heç bir maneə onun qarşısında tab gətirmir.

Təbiət belədir...

"O, xeyirxahdır, ancaq ondan sevgi etirafı qopara bilməzsən, ondan hədiyyə ala bilməzsən. Özü istəsə, verəcək... Ondan nə qədər udursansa, bir o qədər sevinir"(həmin essedən)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

12:20

İlk rübün bahalaşan və ucuzlaşan məhsulları - SİYAHI

10:38

TƏBİB-in yeni icraçı direktoru vəzifə islahatlarına başladı

10:21

ABŞ-İran nümayəndə heyətləri Pakistanda görüşəcək - 2-ci raund

09:37

Estoniya Rusiyadan hücum gözləmir, amma...

13:34

On milyon ton taxılın sorğu-sualı... - Baş Prokurorluqda dindirilmə

13:22

Heyvan idxalı azalıb: Ət yenə bahalaşacaq?

12:41

Netanyahudan İranla bağlı açıqlama: "Bu, son deyil..."

12:09

Əli Əsədovla bağlı suala Elmar Məmmədyarovun cavabı

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO