Dekabrın 8-də Dəməşqin müxalifət qüvvələri tərəfindən tutulması zamanı baş verən atışmalarda ən azı 28 nəfər ölüb, 450 nəfər yaralanıb.
Xəbər verilir ki, bu barədə Suriyanın səhiyyə naziri Əhməd Damiriya “Əl Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
“Səhiyyə Nazirliyinin ən böyük xəstəxanası olan Dəməşq xəstəxanasında ötən gecə 450 yaralı olub. Məndə olan məlumata görə, 28 nəfər ölüb”, - deyə nazir bildirib.
Becan.az