Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının saxlanıldığı bildirilir.“Səhər Azər oğlumuzu futbol məşqinə aparıb. Sonradan mənə zəng edib dedi ki, uşağı mən götürüm. Səbəbini soruşduqda, o, sadəcə yalnız “özün bilirsən” deyə bilib və əlaqə kəsilib”, - deyə politoloqun həyat yoldaşı Samirə Qasımlı "Turan"a bildirib.
Hazırda Azər Qasımlının telefonuna zəng çatmır.
Noyabrın 22-də A.Qasımlı ölkədən buraxılmayıb. Üç gün sonra o, Bakı polisində bir neçə cinayət işi üzrə şahid qismində dindirilib.