“Bəşər Əsəd geridə 1 milyona yaxın insanın qətlə yetirildiyi Suriyanı qoyub qaçdı”.
Türkiyə mətbuatının verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
Dövlət başçısının sözlərinə görə, O, Suriyaya təsir edən güclü dəyişiklik küləyinin bütün suriyalılar, xüsusilə mühacirlər üçün faydalı nəticələrə gətirib çıxaracağına inanır.
Ərdoğan Türkiyədəki suriyalıların könüllü şəkildə ölkələrinə qayıdışının başladığını da vurğulayıb.
“Tıxacın qarşısını almaq və nəqliyyatın hərəkətini asanlaşdırmaq üçün Yayladağı sərhəd keçid məntəqəsini də açırıq”, - Ərdoğan əlavə edib.
Becan.az