Xankəndi yaxınlığında, Xankəndi-Əsgəran yolunun üzərindəki yanacaq məntəqəsində benzin çəni partlayıb.
Xəbər verilir ki, partlayış nəticəsində yaralananların sayının onlarladır.
“Hazırda ölən və yaralananların sayı ilə bağlı dəqiq məlumatımız yoxdur, onlarla yaralı var - müxtəlif yanıqlarla”, - hadisə yerində çalışan tibb işçiləri bildirib.
Qarabağın keçmiş qondarma qurumunun keçmiş “ombudsmanı” olduğunu bildirən Geqam Stepanyan partlayış nəticəsində yüzlərlə ölənin (? – red.) olduğunu iddia edib:
“Ölən və yaralananların dəqiq sayını müəyyən etmək mümkün deyil”.O, vurğulayıb ki, insanların həyatını xilas etmək üçün hava təxliyəsinə ehtiyac var.
Becan.az