Şəhid Teymur Osmanlının əziz xatirəsinə

22:34 27.09.2023 2 163
2 il əvvəl yazmışdım. İllər ötəcək, amma…
Şəhid Teymur Osmanlının əziz xatirəsinə

Elə bu vaxtlar olardı. Günorta saatlarında mənə zəng vurub “Axşam uşaqları da götür, mütləq, bağa gəl, gözləyəcəm. Bəlkə 2-3 ay, bir müddət görüşmədik!” deyən əmioğluyla bir-birimizə sarıldıq. Qulağlma gələn “sabah saat 6-da başlayırıq, əmioğlu!” nidasından sevinsəm də, içimə böyük bir nigarançılıq, amansız bir narahatlıq, biraz da təəssüf çökdü. Görüşüb, sağollaşdıq, mən onu və oradakı hamını Allaha, o isə uşaqları və əmimi mənə və bizə ismarladı…

Etiraf edim ki, içimdəki hisslər olmasaydı, inanmağım gəlmirdi də. Baxmayaraq ki, əmioğludan başqa, 2 zabit yoldaşı da çox sonralar dünya mətbuatının əsas mövzusuna çevriləcək “An2” mövzusundan danışmış, mən isə bunu ürəyimdə süfrədəki “tutovka”ya bağlamışdım. Bəli, düz 1 il əvvəl, sentyabrın 27-si, tam da elə bu vaxt…

Əmimin, əslində isə elə bütün nəslimizin bağından aralanan kimi telefonu çıxardım, bacıoğlu Şamxalın whatsappına baxdım, sonuncu girişi 14 saat əvvəl olmuşdu. Zəng vurdum, telefon bağlıydı, bayaqkı nigarançılığım bir az da artdı. Amma bu nigarançılıq təqribən 17-18 saat sonra Şamxalın şəhid olması xəbəri gələndə faciəyə çevrilmişdi. Necə, hansı yolla getdiyimi tam xatırlamıram, “Həzi Aslanov”dan Hərbi Qospitala 10-12 dəqiqəyə çatdığımı sonradan bacıoğlunun dostları dedilər. Burada dünən gecədən olduğum böyük bir vakkumun içindən yerə düşdüyümü anladım və əmin oldum ki, artıq, sonradan qarşısına böyük hərflərlə VƏTƏN sözü qoyduğumuz müharibə başlayıb. İçimdəki dərin təəssüfün məhz döyüşdə olmadığıma görə olduğunu anlamışdım. Şamxal Allahın möcüzəsi və həkimlərin səyi nəticəsində sağ qalsa da, şəhid, yaralı xəbərləri artırdı…

Teymur cəmi 7 gün idi ki, getmişdi. Hamımız onun qısamüddətli təlimə getdiyini düşünürdük, artıq mən xaric. Gecə saat 1-də kimdənsə nəsə soruşa bilməzdim. Tərtərdə Ballı Qayada olduğunu düşünüb, bir az toxtadım, ora bir az arxaydı axı. Amma içimdəki narahatlıq getdikcə daha da böyüyürdü. Bir gün sonra Teymurgilin qabağa getdiyini və Suqovuşan, Talış istiqamətində şiddətli döyüş xəbərləri narahatlığı hər gün bir az da artırırdı.

Demək olar ki, hər gün bir neçə dəfə əmioğluyla, kənd uşaqlarıyla, Elsenlə, Xəqaniylə telefonla danışır, müxtəlif mənbələrdən məlumatlar alırdıq. Oktyabrın 2-dən Teymurla əlaqə kəsildi, evləriylə sonuncu danışıq idi. Müharibəylə bağlı hər gün yeni qələbə xəbərləri gəlsə də, Teymurla bağlı xəbərlər hər gün daha da pisləşirdi. Və…
16-sı axşamüstü Teymurun şəhid xəbəri gəldi. Bəlkə inanmayacaqsız, amma, bu xəbərdən təqribən 3-4 saat əvvəl Müdafiə Nazirliyindəki dostlarımızdan birinin Teymurla bağlı verdiyi “itginlərin siyahısındadır” xəbərinin “şəhid olub” xəbərilə əvəzlənməsinə, az da olsa, sevinmişdim. O gecə içimdəki o şiddətli narahatçılıq səbəbsiz yox olanda anlamışdım ki, onun səbəbi Teymurla bağlıymış.

Beləcə, 44 gün davam etdi müharibə və itkilərimiz olsa da, xalqımız, dövlətimiz qazanan tərəf oldu. Bəli, biz Teymuru, qohumları, dostları, 3 min igidimizi itirdik, onlarla gəncimiz sağlamlığını, xeyli sayda insanımız ev-eşiyini, əmlakını itirdi. Müharibənin ağrı-acısı hələ uzun illər evimizdə, içimizdə, yanımızda olacaq, amma biz hər il 27 sentyabrı, 8 noyabrı və bu aralıqda olan neçə təqvim gününü qəhrəmanlıq salnaməsi, böyük tarix kimi qürurla yad edəcəyik…

Şəhidlərimizin müqəddəs ruhu qarşısında ehtiramla baş əyir, qazilərimizə şəfa və can sağlığı arzulayırıq.

Qarabağ Azərbaycandır!

P.S. Yazı, gecə saat 1-2 arası yazılıb.

Ramil OSMANLI
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}