Xankəndində həbs edilərək Bakıya gətirilən separatçı Arayik Arutyunyanın vəkilinin kimliyi məlum olub.Azinforum.az xəbər verir ki, onun hüquqlarını tanınmış vəkil Alov Səfərəliyev müdafiə edəcək.
Alov Səfərəliyev açıqlamasında faktı təsdiqləyib:
“Bu gün Araik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdim. Səhhəti və psixoloji durumu yerindədir. Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq. Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracayıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik!”.Becan.az