Arayik Qarabağın Azərbaycana inteqrasiyasına başlayır - Erməni bloger

13:48 3.08.2023 874
Arayik Qarabağın Azərbaycana inteqrasiyasına başlayır - Erməni bloger

"Ermənistan hakimiyyətinin Qarabağa humanitar yük göndərməsinin əsl məqsədi üzə çıxıb. Bu, Paşinyan və Arutyunyanın birgə əməliyyatının birinci mərhələsi idi. İkinci mərhələ böyük ehtimalla sabah başlayacaq".

Bakupost.az xəbər verir ki, bu iddia ilə erməni bloger Mika Badalyan çıxış edib.

O qeyd edib ki, sabah Arayik Arutyunyan növbəti mətbuat konfransı keçirəcək:

"Belə bir məlumat var ki, məhz bu mətbuat konfransından əvvəl Ağdam yolu ilə ​​Qarabağa onlarla maşınla humanitar yardım göndərilə bilər. Arayik da öz növbəsində hamının Qarabağı tək qoyduğunu, buna görə də başqa seçimi olmadığını bəyan edərək, çətin qərar qəbul etmək məcburiyyətində olduğunu - Qarabağı aclıqdan xilas etmək üçün Ağdamdan dəhliz açılmasına razılaşdığını, bunun qarşılığında Azərbaycanın Laçın yolunu humanitar yardım üçün açacağını bildirəcək".

Mika Badalyan bildirib ki, belə bir qərar Qarabağın Azərbaycana faktiki inteqrasiyası prosesinin başlamasıdır:

"Bu məsələ 2025-ci ilə qədər qapanacaq. Rusiya sülhməramlıları çıxarıldıqdan sonra isə Qarabağ, nəhayət, tamamilə Azərbaycanın bir hissəsi olacaq".

Erməni bloger bildirib ki, Arayik Arutyunyan Qarabağ ermənilərinin Ağdamdan gələn yük maşınlarının qarşısında canlı qalxan kimi dayana biləcəyindən ehtiyat edir:

"Lakin o, uzun müddət buna hazırlaşıb. Çünki məhz bunun qarşısını almaq üçün o, Nikolla birlikdə Qarabağı 8 aya yaxındır blokadada saxlayır, indi isə faktiki olaraq ac qoyub.

Tamamilə aydındır ki, bu, Qərbin böyük qələbəsi olacaq. Qərb bununla Rusiyanı Qarabağdan sıxışdıracaq və Ermənistandan sıxışdırma prosesini sürətləndirəcək. Əgər Allah eləməsin, Arayik həqiqətən də bu fəlakətli addımı atsa, o zaman bu, Qarabağ üçün çox dəhşətli sınaq olacaq. Heç kimin Qarabağ ermənilərini buna müqavimət göstərməməkdə qınamağa haqqı yoxdur, çünki orada vəziyyət həqiqətən də kritikdir, amma şübhəsiz ki, məğlubedilməz Qarabağ ruhuna ümid var".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO