İŞİD İranın Kirman şəhərində törədilən partlayışlara görə, məsuliyyəti öz üzərinə götürüb.Bu barədə "Reuters" məlumat yayıb.
Xatırladaq ki, yanvarın 3-də İranın Kirman şəhərindəki iki partlayışda 103 nəfər ölüb, 211 nəfər yaralanıb.
Ölənlərdən 84 nəfərin şəxsiyyətinin müəyyənləşdiyi bildirilir.