İranın Fərdis şəhərində kosmetika istehsal edilən müəssisədə güclü partlayışın baş verməsi nəticəsində 20-dən çox insan xəsarət alıb.
Xəbər verilir ki, bu barədə İRNA məlumat yayıb.
“Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Fərdis bölgəsində Simin kosmetika müəssisəsində baş verən partlayışda yaralanan 23 nəfəri xəstəxanaya çatdırıblar”, - deyə, məlumatda bildirilir.
Qeyd olunur ki, bu hadisə nəticəsində bir sıra zərərçəkənin ümumi vəziyyəti kritik qiymətləndirilir.
Becan.az