Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib

20:21 11.01.2023 1 329
Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib

Musavat fəalınin sağlamlıq vəziyyətinin kritik olduğu bildirilir

Bu gün həkim Adil Qeybulla təcridxanada Tofiq Yaqublu ilə görüşüb və onun səhhətini nəzərə alaraq, xəstəxanaya köçürülməsinin vacibliyini vurğulayıb.

2022-ci ilin dekabr ayının 23-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xuliqanlıq) əsasında 30 sutkalıq inzibati qaydada həbs olunan Musavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu ilə bu gün həkim Adil Qeybulla təcridxanada görüşüb. Həkim Adil Qeybulla mümkün müaiyənədən sonra, Tofiq Yaqublunun sağlamlıq vəziyyətinin son dərəcə kritik olduğunu və təzyiqinin 80-60-a düşdüyünü bildirib. Oturub-qalxanda başgicəllənmələri olduğunu, özünü çox halsız hiss etdiyini, hər an vəziyyətində geridönməz halların baş verə biləcəyini nəzərə alan həkim, Tofiq Yaqublunun dərhal xəstəxanaya köçürülməsini vacib bilib və mövcud vəziyyətlə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunub.

Bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi feysbuk hesabında məlumat verib. O, əvvəlcə Daxili İşlər Nazirliyi ilə Tofiq Yaqublunun hansı xəstəxanaya köçürülməsiylə bağlı danışıqlar aparıldığını, bir müddət sonra isə artıq xəstəxanaya yerləşdirildiyini paylaşıb: “Biz istəyirik ki, Tofiq Yaqublu güvəndiyimiz həkim Adil Qeybullanın müşahidəsi altında olsun... Buna görə də Tofiq Yaqublunun “City Hospital”a köçürülməsini, eyni zamanda, TƏBİB-in Tofiq Yaqublunun icbari tibbi sığortasından istifadə edərək, xəstəxana xərclərini qarşılamasını təkid edirik”.

“Tofiq Yaqublu Bİnəqədi rayonunda yerləşən 6 saylı Məlikov adına xəstəxanaya yerləşdirilib. Hal-hazırda xəstəxanadayıq. Atayla görüş üçün müraciət etmişəm. Cavab gözləyirəm. Bildiyim qədəriylə Tofiq Yaqublu aclığı dayandırmayıb”, - deyə, Nigar Həzi açıqlama yayıb.

Qeyd edək ki, Tofiq Yaqublunun yanvarın 5-dən etibarən aclıq aksiyasına başladığı bildirilir.

BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

12:20

İlk rübün bahalaşan və ucuzlaşan məhsulları - SİYAHI

10:38

TƏBİB-in yeni icraçı direktoru vəzifə islahatlarına başladı

10:21

ABŞ-İran nümayəndə heyətləri Pakistanda görüşəcək - 2-ci raund

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}