Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti yanvarın 15-dək davam edəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, küləkli hava şəraiti yanvarın 14-dək, yağıntılı hava şəraiti isə 15-dək davam edəcək.
Qeyd edək ki, ötən gün axşam saatlarından etibarən ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. Qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb və yağmaqda davam edir.
Becan.az