DYP Əhmədə sürücülük vəsiqəsini necə verib?

12:38 15.02.2024 4 536
DYP Əhmədə sürücülük vəsiqəsini necə verib?

Səhiyyə ocaqlarında sağlamlıq haqqında arayışları 50-100 manata rahat şəkildə əldə etmək olar. Bu gün də tibb məntəqələrində, poliklinikalarda baş həkimlər sağlamlıq haqqında arayışı heç bir müayinə aparmadan satır.

Bu sözləri Axar.az-a nəqliyyat üzrə ekspert Elməddin Muradlı Xətai rayonunda ata-anası, qardaşı, bacısı və bacısının övladını amansızlıqla qətlə yetirən Əhməd Əhmədovun psixoloji problemi olmasına baxmayaraq, sürücülük vəsiqəsi alması və avtomobil idarə etməsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, sürücülük vəsiqəsini almaq üçün şəxsdən sağlamlıq haqqında sənəd tələb olunur və bu sənədi verən səhiyyə ocaqları buna görə məsuliyyət daşıyır:


“Səhiyyə Nazirliyi bir rüşvət ocağına çevrilibsə, yol polisi buna nə etsin? Əhməd də sağlamlıq arayışı əsasında sürücülük vəsiqəsi ala və taksi fəaliyyəti ilə məşğul ola bilib. Psixoloji, narkoloji problemləri olan şəxslər rüşvət qarşılığında bu sənədləri əldə edə bilirsə, yol polisini bu məsələdə suçlamaq olmaz. Məsələni dəfələrlə qabartdıq ki, poliklinikalarda əməliyyatlar, reydlər keçirilsin. Yaxud da sürücülərin vahid tibbi məntəqə strukturu yaradılsın. Amma çox ciddi nəzarət altında olsun. Çünki əvvəllər belə bir qurum var idi və rüşvət yuvasına çevrildiyi üçün ləğv elədilər. Onu ləğv edib, poliklinikalara verdilər, onlar da ikiqat rüşvət yuvasına çevrildi. Yol polisi də həkimin verdiyi qərara əsaslanır.

Bu yaxınlarda şəhəri bir-birinə qatan sürücü haqqında video yayılmışdı. Tutdular, məlum oldu ki, “dəlilik kağızı” var. Yaxud lüt soyunub, maşını tərsinə sürən sürücünün də psixoloji problemləri var idi. Belə misallar çoxdur. Bu, cəmiyyətin bəlasıdır.

Əhmədin qətl etdiyi o beş nəfərin ahını, günahını onlar çəkəcək. Bu cinayətdə onların hər birinin payı var. Əhməd maşınla da cinayət törədə bilərdi. Odur ki, o həkimi tapmaq və cəzalandırmaq lazımdır”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

12:06

Ərdoğan Əliyevi şəxsən dəvət edib

11:03

Bakıda kafedə kütləvi dava: ölən var

19:23

Batan gəmidəki azərbaycanlılar xilas edilib

19:11

Hava hücumuna görə Moskvada 4 aeroport bağlandı

13:37

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu ciddi mühafizə olunur

13:23

Üç türk respublikaları prezidentlərinin qızları bir arada

13:13

Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları keçib

12:27

Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı

13:54

Türkiyədə Azərbaycan kampaniyası bu faktı üzə çıxartdı

13:48

TƏBİB-in nazirliyə verilməsi nəyi dəyişəcək? - Yeni dövr başlayır

13:35

Bölgələrdə yağış yağacaq, dolu düşəcək

12:35

Farslar təhqir, “Traktor” imtina etdi

12:25

Fransada polis vəziyyətə nəzarəti itirdi

12:13

Direktorun maşınını yandıran daha bir nəfər saxlanıldı - VİDEO

12:01

Səhiyyə naziri işdən çıxarıldı, Baş nazirin müavini təyin edildi

11:56

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

11:45

Yeni səhiyyə naziri təyin edildi

14:20

"Sağlam düşüncə və qardaşlıq hüququ qorunmalıdır" - Fuad Oktay

13:56

Ağsu sakini Məşğulluq idarəsinin müdirindən Prezidentə şikayət etdi - VİDEOMÜRACİƏT

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}