Ağır yaralı ola-ola, cəbhə bölgəsinə yollanıb...

19:07 20.01.2023 1 925
Ağır yaralı ola-ola, cəbhə bölgəsinə yollanıb...

20 Yanvar şahidi-xanım-qazi: “Gözümü açanda insanların güllələndiyini gördüm... “

Bu gün 1990-cı ilin 20 Yanvarından 33 il ötür. O gecənin hər bir anı, ağrı-acısı xalqımızın tarixinə əbədi yazılıb.

20 Yanvar hadisənin iştirakçısı, şahidi olmuş “Tutu” ləqəbli Qarabağ qazisi Rüxsarə Cumayeva Musavat.com-a danışıb:

“O dövrü bu cür xatırlayıram. Gənclik dövrümün gözəl çağları idi, "Meydan hərəkatı" başladı və mən də bu hərəkata qoşulmuşdum. Meydan hərəkatından artıq 20 Yanvara doğru gəlib çıxdıq... Azərbaycan Xalq Cəhbəsinin nəzdində müdafiə komitəsi yaradıldı, onun sədri Məmməd Əlizadə idi. Mənə də həmin komitədə telefonlara nəzarət etməyi tapşırmışdılar. Bütün rayonlardan gələn telefon zənglərinə mən cavab verirdim.

Yanvarın 19-da, təxminən saat 4-5 radələrində, Fərəməz Allahverdiyev Naxçıvanın Şərur rayonundan zəng edib, dedi ki, artıq Ermənistandan gələn tanklar Sədərəyə doğru irəliləməyə başlayıb... Bundan sonra telefon zəngləri kəsildi, məlumatlar ala bilmədik. Buna görə də məcbur qalıb, telefon qovşağı idarəsinin qarşısına getdim. Orada Oruc Şirinov məni görüb, soruşdu ki, “Qara qız, niyə gəlmisən?“, mən də cavab verdim ki, telefon əlaqələri kəsilib, vəziyyətin nə yerdə olmasından xəbərsizik. Daha sonra isə Etibar Axundov adlı bir gəncin maşınında əyləşib, AXC-nin qərargahına doğru getdik. Bizim maşından öndə 45-50 yaşlarında, əli avtomatlı, zirehli geyimli adamlarla dolu 3 avtobus gedirdi. Həmin avtobus AXC-nin qərargahının yerləşdiyi bağda dayandı. Cəld, qaça-qaça bu barədə qərargaha xəbər verdim. Qərargahdan bildirildi ki, bütün sənədlər qərargahdan çıxarılmalıdır və küçələrdə tonqal ətrafına toplaşan insanlara təhlükə barəsində xəbər verilməli, onları dağıtmalıyıq. Mən də qərargahdan keçmiş Nəsimi rayon icra hakimiyyəti binasının yanına gedib, oradakı 9 mərtəbəli binanın qarşında tonqal ətrafına toplanmış insanlara yaxınlaşdım. Hansı ki, onların sayı yüzdən çox idi. Bildirdim ki, "qərargahdan deyilib, tonqalı dağıdıb, evə getmək lazımdır. Bunu demişdim ki, kimsə məni bərk vurdu və mən həmin vaxt huşumu itirib, yerə yıxılmışam.

Ayılıb, özümə gələndə, gördüm ki, güllələr atılır, xeyli insan yerdə qalıb, yaralanıb. Özümüzdə güc tapıb, yaralıları xəstəxanalara aparmağa çalışdıq. “Semaşko”ya çatanda dəhşətə gəldim, nə qədər insanlar yaralanmışdı, xəstəxananın işıqları keçmişdi. Həmin vaxt rəhmətlik Vaqif həkim mənə dedi ki, “əgər qorxmursansa, təcili yardım maşınına otur, yaralıları daşıyın”. Hiss etdim ki, mənim əyləşdiyim maşının sürücüsü çox həyəcan içərisindədir, maşını yaxşı iderə edə bilmir. Onda dedim ki, mənə başqa təcili yardım maşını verilsin. Beləliklə, başqa təcili yardım maşını ilə “Salyanski kazarma”nın qarşısından keçirdik. Birdən gözlənilmədən qarşımıza iki tank çıxdı və onlar bizdən əvvəldə gedən təcili yardım maşının güllələyib, üstündən keçdilər. Arxamızca gələn avtobusu da gülləbaran etdilər. Avtobus yolun kənarındakı şalbana dəyərək, dayandı. Mən, maşından düşüb, “milyarderlər məhəlləsi”nin küçələri ilə qaçıb, o vaxtkı “qızıl ordu meydanı”na tərəf getdim. Meydana yaxınlaşanda, gördüm ki, hər tərəf qanın içərisindədir, küçədən qan axır. Sovet ordusu Qorbaçovun əli ilə günahsız Azərbaycan xalqını - cavan, qoca, uşaq, qadın demədən - qanına qəltan etmişdi. Halbuki bizim atalarımız, babalarımız həmin orduda xidmət etmişdilər. Mən, xatırlayıram, meydan yoldaşım Ülvi Bünyadzadəni, fuadları, natiqləri, İbrahimi... İbrahim ata olacaqdı, övladı onun şəhid olmasından sonra dünyaya gəldi. Larisa Məmmədova, İlqar... Axı bu körpə uşaqların günahı nə idi? Onlar nə bilirdi ki, müharibə nədir?! 33 ildir bizi ağrıdan budur ki, bu cinayəti törədənlər hələ də cəzasız qalıb.

33 il bu ağrı-acı bizimlədir, o günlərin hər anı xatirəmizdədir... Çox şükür ki, 30 ildən sonra biz Qarabağa, Şuşaya geri döndük”!

Xatırladaq ki, Rüxsarə Bayraməli qızı Cumayeva 1968-ci il, iyun ayının 18-də Zaqatala rayonunun Bəhmətli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra, ali təhsil almaq üçün Bakıya gəlib. Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub və təhsil aldığı müddətdə həm də 2 nömrəli Taxıl Məhsulları Kombinatında işləyib. Həmin illər (1988-ci il) "Meydan hərəkatı" dövrünə düşdüyündən, orada fəal iştirak edib. Elə buna görə də onu həm işdən, həm də universitetdən xaric ediblər.

O, 1990-cu ildə Bakı Dövlət Universitetinin “Nəcib xanımlar” fakültəsinə daxil olub, daha sonra, öz xahişi ilə ali təhsilini universitetin filologiya fakültəsində davam etdirib. Elə bu vaxt 20 Yanvar hadisələri baş verib. R.Cumayeva könüllü olaraq hospitalda işləyərək, yaralılara yardım göstərməyə çalışıb. Elə buradan – hospitaldan da cəbhə bölgəsinə yollanıb. Daşaltı, Canyataq, Gülyataq, Mehmanə, Drambom, Umutlu və Fərruxdağ ətrafında gedən döyüşlərdə iştirak edib. Canyataqda döyüş zamanı ayağından qəlpə yarası alıb. Bu səbəbdən də ayaqlarından 10-a yaxın ağır əməliyyat keçirib.

Xalidə Gəray
Musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

12:06

Ərdoğan Əliyevi şəxsən dəvət edib

11:03

Bakıda kafedə kütləvi dava: ölən var

19:23

Batan gəmidəki azərbaycanlılar xilas edilib

19:11

Hava hücumuna görə Moskvada 4 aeroport bağlandı

13:37

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu ciddi mühafizə olunur

13:23

Üç türk respublikaları prezidentlərinin qızları bir arada

13:13

Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları keçib

12:27

Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı

13:54

Türkiyədə Azərbaycan kampaniyası bu faktı üzə çıxartdı

13:48

TƏBİB-in nazirliyə verilməsi nəyi dəyişəcək? - Yeni dövr başlayır

13:35

Bölgələrdə yağış yağacaq, dolu düşəcək

12:35

Farslar təhqir, “Traktor” imtina etdi

12:25

Fransada polis vəziyyətə nəzarəti itirdi

12:13

Direktorun maşınını yandıran daha bir nəfər saxlanıldı - VİDEO

12:01

Səhiyyə naziri işdən çıxarıldı, Baş nazirin müavini təyin edildi

11:56

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

11:45

Yeni səhiyyə naziri təyin edildi

14:20

"Sağlam düşüncə və qardaşlıq hüququ qorunmalıdır" - Fuad Oktay

13:56

Ağsu sakini Məşğulluq idarəsinin müdirindən Prezidentə şikayət etdi - VİDEOMÜRACİƏT

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}