Köçkünlər qayıtmaq istəmir, yoxsa?..

19:22 29.08.2025 833







Elşən ƏLİSOY







Son günlər yenə də məcburi köçkünləri hədəfə gətirməklə cəmiyyətdə ikitirəlik salmağa çalışırlar. Vətənşüvənlər illərdir ki, doğmalaşmış, qohumlaşmış insanlar arasında yaranan mənəvi bağlığılı ağır və güllə yarasından da ağrılı sözlərlə zədələyir, köksümüzə ağır zərbə vururlar. Adam bəzi yazılan səviyyəsiz yazıların və videoların altında yazılan şərhləri oxuyanda, "bircə cəhənnəm olub xarabamıza gedə bilsəydik" deyə, düşünür. Çox ağır bir situasiya yaranıb. Nə edək?..

Baxaq, görək, işğal olunmayan rayonlardan gedənlər rayonlarına, kəndlərinə qayıdırlar?

Ölkədə yaranan ağır iqtisadi-sosial problemlərlə bağlı bir tikə çörək üçün evini-eşiyini buraxıb Bakıya və Azərbaycandan kənara gedən milyonlarla insan var ki, illərlə ailəsinin uşağının yanına gələ bilmir və bunların böyük əksəriyyəti məcburi köçkün deyil. Gənclər, ümumiyyətlə, rayonları tərk edirlər. Bölgələrimizdə acınacaqlı vəziyyət yaranıb. Kəndlərimizin bir çoxuna gedəndə söz soruşmağa adam tapa bilmirsən. Kəndlər sürətlə boşalır. Gedənlər qayıtmır. İşğal olunmayan rayonlar Vətən deyil bəyəm?! Nə isə... Bu barədə danışılası söz çoxdur.

Görək, məcburi köçkünlər torpaqlarına qayıtmır, yoxsa, qaytarılmırlar?

Torpaqlarımızın azad edilməsindən 5 il keçsə də, bərpa və quruculuq işləri yetərli şəkildə getmir. İşğaldan azad olunmuş ərazilərimizə 5 ildə cəmi 15 minə yaxın adamın köçürüldüyü bildirilir. Bu az sayda köç insanların geri qayıtmaq istəməməsi ilə yox, dövlət səviyyəsində qayıdış planının gecikdirilməsi və daha doğrusu, bilərəkdən qayıdışa maraq göstərilməməsi ilə bağlıdır. İşğaldan azad edilən ərazilərdə əkin sahələri məmurlar tərəfindən kütləvi şəkildə zəbt olunub. Gəlir gətirən sahələr yenə də məmurlar və onların qohum-əqrabaları tərəfindən mənimsənilib. Qayıdan sakinlərə ailələrini dolandırmaq üçün heç bir gəlir sahəsi buraxmayıblar. İnsanlar ailələrinin ehtiyaclarını qarşılaya bilmir.

Şəxsən mən və mənim kimi minlərlə insan torpaqlarımıza qayıtmaq üçün müraciət etmədiyimiz ünvan qalmayıb. Cavab verən belə yoxdur.

Şəhidlərimizin adı ilə manipulyasiya edən yalançı vətənpərvərlərə başa salmaq lazımdır ki, o torpaqların sakinlərinə dünyadan köçənlərini öz ata-baba qəbristanlığında dəfn etməyə belə icazə vermirlər. Hansı haqla məcburi köçkünlər qayıtmaq istəmir deyirsiniz?!.

Hazır evlərimizi trakorun qabağına verib yerlə bir etdilər. Halbuki köçkünlər dövlətdən heç nə istəmirdi. Tək istədikləri, "imkan verin, öz evimizi bərpa edək" tələbi idi.

İşğaldan azad edilmiş rayonlarımız çox dəhşətli şəkildə korrupsiya yuvasına çevrilib. Milyardlarla vəsait vəhşicəsinə talan edilir. Talan edilən vəsait tək məcburi köçkünlərindir bəyəm? Dövlətin büdcəsidir. Yalançı vətənpərvərlikdənsə, doğru vətəndaş olub, bunları tələb edin də. Etmirsiniz, çünki qarşınızda köçkün yox, çəkindıyıniz qüvvələr var.

Köçkünləri ittiham edən vayşüvənlərə məsləhət görərdim ki, həftənin istənilən iş günündə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (qaçqınkom) binasına getsinlər. Nə vaxt getsələr onlarla insan görəcəklər ki, doğma torpaqlarına qayıtmaq üçün müraciət edirlər.

Bir məsələni də bildirmək istəyirəm. Hər yerin yaxşısı da var, pisi də. Bir elə, obaya qiymət verəndə oranın pisi ilə yox, yaxşıları ilə qiymət vermək lazımdır. Üç-dörd nəfər pisə görə o boyda insanları ittiham etmək olmaz.

Qaldı əsas məsələ olan, yeri gəldi-gəlmədi qoyulan minnətlərə. Bizə heç kim minnət qoya bilməz! Şükürlər olsun ki, heç kimin çörəyini yeməmişik. Heç kimin hesabına yaşamamışıq. Hansısa ölkənin sərhədlərini keçib qaçqın olmamışıq. Bu Vətən bizimdir və Vətənin istənilən guşəsi bizim obamızdır, Vətənimizdir. Nə qazanmışıqsa öz əziyyətimizlə, zəhmətimizlə qazanmışıq. İşləmişik, çalışmışıq, əziyyət çəkmişik ki, kiməsə minnət borcumuz olmasın.

Qarabağa gəlincə, hər kəsin yaşamaq istədiyi bir cənnətdir. Gözəl təbiəti, təmiz havası, təmiz bulaqları olan bir yerdə kim yaşamaq istəməz ki?!.

Sonda tam səmimi şəkldə deyirəm. Qapımız hər kəsin üzünə açıqdır. O yerlərə qonaq gələnlər istənilən insanın qapısını ərklə döyə bilər, hətta, yazılan yazıların, paylaşılan qərəzli videoların altında başqa yerdə bizimlə görüşüb-öpüşən, orda ürəyimizə yara vuran şərhləri yazan tanıdıqlarımız da.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:40

Vens ailəsinin Şəhidlər xiyabanını ziyarət etməsi nəyin ifadəsidir?

12:07

2026-da bahalaşan məhsullar - SİYAHI

19:10

M10-da milyonlar talan edilib - Həbslər var

12:15

General Hikmət Həsənov Tərtər hadisələrinin harasındadır?

11:59

Federasiya prezidenti ev dustağı edildi

11:51

"Qarabağ"ın Nərimanı getdi

11:45

ABŞ Ermənistanla nüvə sazişi imzaladı

11:36

Pensiyalar nə qədər artdı? – Nazir müavini rəqəmləri açıqladı

10:23

Səkkiz nəfər qidadan zəhərləndi... AQTA həyacan təbili çaldı...

15:20

Ağsu RİH-nin başçısı bir neçə vacib vətəndaş qəbulları keçirib

13:26

Şagird: Mənim corabımın qiyməti müəllimin maaşından çoxdur

13:12

Şagird tərəfindən güllələnən müəllimənin son durumu açıqlanıb

14:36

Ermənistan vətəndaşlarının hamısına ömürlük həbs verilmədi...

12:53

Arvadından sonra qızı da işdən çıxarıldı - "TikTok"da dini təhqir etmək baha başa gəldi

12:45

Xamenei Türkiyənin təklifini rədd etdi

12:37

Nobel mükafatı laureatı aclıq aksiyasına başladı

12:31

Kəndləri və müqəddəs yerləri təhqir edənlərdən DİN-ə şikayət olundu

12:16

Naxçıvanın statusu ləğv edilir

15:17

Bakı ilə İravan arasında yüzmilyonlarla ticarət...

15:08

MİDA-nın yeni yaşayış binası küləyə dözmədi

13:31

Rəsmi Bakı İranda sabitliyə çalışır - İrina Fyodorova

13:15

General Babayevə yüksək vəzifə verildi

13:07

Sabirabadda 8 nəfər həbs edildi

13:04

Gecə və səhər qar, şaxta gözlənilir

12:25

Ən sağlam makaron hansıdır? - AÇIQLAMA

11:46

Köçəryan sülh layihəsini pozmaq üçün əlindən gələni edir - Çaxoyan

11:37

Prezident icra başçısını pensiya yaşına bir il qalmış işdən çıxartdı - Nə baş verir?

13:23

Ölkəyə 18 kiloqram qızıl gətirən nazirlik əməkdaşı həbs olundu

16:41

İran aksiyalarında öldürülən və saxlanılanların sayı yenilənib

16:32

Milli Qəhrəmanın büstünün açılışı oldu

16:24

Azərbaycan və Türkiyə enerji sistemi ilə birləşmək məqsədəuyğundur - Paşinyan

18:28

Həbsdə olan jurnalistə ağır itki üz verdi

15:44

DİM-dən yeni imtahan modeli ilə bağlı açıqlama

15:41

Yeddinci dan qara kəmər sahibi vəfat etdi

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO