Ramiz Rövşənin 14,4 min manatlıq müqaviləsi

20:14 16.03.2024 1 834
Ramiz Rövşənin 14,4 min manatlıq müqaviləsi

Azərbaycan Dövlət Tərcümə Mərkəzi Ramiz Məmmədəli oğlu Rövşənə (VÖEN – 1902228212) "Dünya ədəbiyyatı inciləri” kitabının redaktəsi üçün 14 min 400 manat ödəyəcək.

Yeniavaz.com xəbər verir ki, Dövlət Tərcümə Mərkəzi müsabiqə keçirmədən bir mənbədən satınalma metodu ilə müqavilə imzalayıb.

Müqavilə 31 dekabr 2024-cü il tarixində başa çatacaq.

Qeyd edək ki, Dövlət Tərcümə Mərkəzi 2021-ci ildən başlayaraq 150 cilddən ibarət olacaq "Dünya ədəbiyyatı inciləri” kitabını hazırlayaraq çap edir.

Xalq şairi Ramiz Rövşənin neçə ədəd "Dünya ədəbiyyatı inciləri” kitabını redaktə edəcəyi bilinmir. Əvvəlki illərdə bu kitablar başqa şəxslər tərəfindən redaktə olunub.

Məlumat üçün bildirək ki, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında imzalanmaqla bərabər, dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə də həyata keçirilməyib.

Xatırladaq ki, "Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda, Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:

- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;

- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;

- Satınalma predmetinə təcili tələbat yarandıqda;

- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;

- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Məlumat üçün onu da qeyd edək ki, Dövlət Tərcümə Mərkəzi 2012-ci ildə yaradılıb. Mərkəz dil və tərcümə sahəsinin tənzimlənməsi istiqamətində dövlət siyasətini həyata keçirən dövlət qurumudur. Mərkəzin açıqladığı sonuncu maliyyə hesabatında qurumun 2022-ci ili 77 min 686 manat zərərlə başa vurduğu göstərilib. Son bir ildə Dövlət Tərcümə Mərkəzinin zərəri 83 dəfə artıb.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}