Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

11:06 9.11.2026 147
Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbriki, həmçinin dövlət başçısının və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada mətbuat üçün birgə bəyanatını işıqlandırıb.


Xəbər verilir ki, “Vestnik Kavkaza” nəşri Prezident İlham Əliyevin Xankəndidə Zəfər abidəsi önünə əklil qoyduğunu və Azərbaycan xalqını bayram münasibətilə təbrik etdiyini bildirib. Dövlət başçısı təbrikində hərbçilərin qəhrəmanlığını qeyd edib və 44 günlük Vətən müharibəsi zamanı 300-dən çox şəhər və kəndin azad edildiyini xatırladıb.

“Vzqlyad” qəzeti Prezidentin Azərbaycanın tarixi ədalətinin və ərazi bütövlüyünün bərpası ilə bağlı fikirlərinə diqqət çəkib.

“News.ru” portalı Azərbaycan liderinin təbriki ilə bağlı üç material dərc edib. Həmin materiallarda nəşr dövlət başçısının Azərbaycan xalqının işğala son qoymaq əzmi, ölkənin təbii sərvətlərinə vurulmuş ziyan və hərbi cinayətkarların cəzalandırılması barədə fikirlərinə yer verib. Portal yazılardan birinin sərlövhəsinə Prezidentin “Həbsxanalarda çay içirlər”: Əliyev hərbi cinayətkarların cəzalandırılması barədə” sözlərini çıxarıb.

“İnterfaks”, “Vzqlyad.ru”, “Qazeta.ru” və digər nəşrlər də Prezident Rəcəb Tayyib Ərdoğanın Füzuliyə gəlişi barədə məlumat verib. Bildirilib ki, Türkiyə Prezidenti Zəfər Günü tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlib və Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparıb.

Şuşada mətbuat üçün birgə bəyanatla bağlı dərc olunan materialların əsas mövzularından biri Azərbaycanla Ermənistan arasında sülh prosesi olub. Rusiya mediası Prezident İlham Əliyevin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində konkret nəticələrin əldə olunacağına ümid etdiyini bildirib. Prezident xatırladıb ki, sülh sazişinin mətni bir ildən çox əvvəl paraflanıb və onun yekun imzalanması hələ qarşıdadır.

Media Prezident İlham Əliyevin Bakı ilə Ankara arasındakı münasibətlərə dair bəyanatlarına da ayrıca xəbərlər həsr edib. Nəşrlər dövlət başçısının Azərbaycan və Türkiyənin heç kimə bu birliyi təhlükə altına almağa imkan verməyəcəyi barədə fikirlərinə yer verib. Materiallarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki ölkə arasındakı münasibətlərin möhkəmliyini vurğulayan bəyanatına da diqqət çəkilib.

Qələbənin altıncı ildönümü münasibətilə “Kommersant” qəzeti “Müharibəsiz altı il” adlı məqalə dərc edib. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilan və Cəbrayıl rayonlarının kəndlərinə köçmüş sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlərə yer verilib. Dövlət başçısı altı il ərzində Qarabağa və Şərqi Zəngəzura təxminən 100 min nəfərin qayıtdığını bildirib. Qəzet Azərbaycan liderinin “Sülh şəraitində yaşayan xalqımız qurur və yaradır” sözlərini sitat gətirib. Nəşr, həmçinin işğaldan azad edilmiş ərazilərdə beynəlxalq hava limanlarının, yolların, yaşayış evlərinin, tibb müəssisələrinin və təhsil ocaqlarının tikintisindən bəhs edib, eləcə də Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevin Moskvada keçirilən qəbulda sülh prosesi ilə bağlı səsləndirdiyi fikirlərə yer verib.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

12:06

Ərdoğan Əliyevi şəxsən dəvət edib

11:03

Bakıda kafedə kütləvi dava: ölən var

19:23

Batan gəmidəki azərbaycanlılar xilas edilib

19:11

Hava hücumuna görə Moskvada 4 aeroport bağlandı

13:37

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu ciddi mühafizə olunur

13:23

Üç türk respublikaları prezidentlərinin qızları bir arada

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}