Azərbaycan və Türkiyənin arasına heç kim girə bilməz.Xəbər verilir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib.
"Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır. Bunu sarsmaq istəyənlər isə öz arzularına heç vaxt çatmayacaq. Onların arzuları gözlərində qalacaq.
Biz bu sərvəti qoruyuruq - iki xalq, ilk növbədə iki lider!
Heç kimə imkan vermərik ki, bizim aramıza girsin! Yaxud da, kimsə öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə sala bilməz", - deyə Prezident deyib.
Becan.az