"Krokus" terrorunun əsas qurbanı - Ağalarov! - Bütün sərvətini itirmək ərəfəsində

09:14 10.04.2024 2 303
Ağalarovun bütün sərvətinə əl qoyula bilər

"Krokus" terrorunun əsas qurbanı - Ağalarov! - Bütün sərvətini itirmək ərəfəsində

Martın 22-də Moskva vilayətində "Krokus Siti"də baş verən terror hadisəsindən sonra açıq qalan suallardan biri də "Krokus" şirkətlər qrupunun prezidenti, azərbaycalı iş adamı Araz Ağalarovun biznesinin taleyi ilə bağlıdır.
Hadisənin ilk günlərində onun "Krokus"u bərpa edəcəyi ilə bağlı fikirlər səslənirdi. Hətta Ağalarov özü də bu barədə açıqlama vermişdi. Oğlu Emin Ağalarov isə vaxtilə 70 milyon dollara başa gələn "Krokus Siti"nin bərpası üçün hazırda 150 milyon dollardan artıq vəsait tələb olunduğunu açıqladı.


Oğul Ağalarov "Korkus"un bərpası ilə bağlı yekun qərarın qəbul olunmadığını, bu məsələdə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov, prezident Vladimir Putin və ictimaiyyətin rəyini gözləyəcəklərini vurğuladı.
Bu ayın əvvəlində isə "Krokus"un bərpası ilə bağlı fikirləri tamamilə əks mülahizələr əvəzlədi. Belə ki, əvvəlcə kimlərsə ictimai rəy sorğusu keçirdilər və nəticələrə əsasən, əhalinin 69 faizinin "Krokus"un bərpasının əleyhinə olduğunu bildirdilər.

Daha sonra bu fikir rusilalı deputatlar, o cümlədən Dövlət Dumasının üzvü Olqa Zanko tərəfindən təkrarlandı. O bildirdi ki, faciənin baş verdiyi yerdə yenidən əyləncə və konsert zalının inşası həlak olanların xatirəsinə hörmətsizlik olar. Deputat həmin ərazidə pavilyon, park və ya qalereya yaratmağın daha doğru olduğunu dedi. Zankonun digər həmkarları, eləcə də Rusiya ictimaiyyəti "Krokus"un yerində faicə ilə bağlı memorialın yaradılmasını təklif etdilər.

Məsələ bu kimi təkliflərlə yekunlaşsaydı, bəlkə də Ağalarovların "Krokus"un bərpasına ümidləri özünü doğrulda bilərdi. Ancaq martın sonu, aprelin ilk günlərdində "Krokus" məsələsi daha da qəlizləşdi.

Əvvəlcə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Prezident Vladimir Putinin keçirdiyi müşavirdə bildirdi ki, yanğın təhlükəsiliyi qaydalarının pozulması onların apardığı istintaqın əsas vektorlarından biri olacaq. Baxmayaraq ki, buna qədər obyektin sahibi Araz Ağalarov konsert zalında bütün təhlükəsilik sisteminin (o cümlədən məlumatlandırma və yanğın təhlükəsizliyi) işlədiyini, bütün yanğın hidratlarında təzyiq olduğunu, yanğından mühafizə sisteminin maksimum işlədiyini açıqlamışdı.


Ağalarov həmçinin bildirmişdi ki, terror aktı baş verən zaman “Krokus Siti"nin bütüm evakuasiya çıxışları açıq olub: “Crocus City Hall”da kifayət qədər yanğın çıxışı var. Qapıların bağlı olduğu yerlər isə yanğın çıxışları deyil - bunlar xidməti otaqlardır, orada çoxlu qrim, soyunub-geyinmə otaqları, səsyazma studiyaları, anbarlar, avadanlıqlar var, bütün texniki dəhlizlər geriyə - foyeyə aparır”.

Ağalarovun bu izahatlarına rəğmən, Rusiya İstintaq Komitəsi məsələnin araşdırılacağında nəinki israrlı oldu, hətta artıq həbslərə başladı. Belə ki, dünən Krokus"un iki əməkdaşı - yanğın təhlükəsizliyinə məsul şəxs və yanğından mühafizə sistemlərinə xidmət göstərən mühəndis saxlanıldılar.

Bu hərəfədə "Krokus" terrorunda zərərçəkənlərin hərəkətləndiyinin də şahidi olduq. Belə ki, 12 nəfər zərərçəkən kresloların yanması, təhlükəsiz xidmətinin təmin olunmaması iddiası ilə Rusiya İstintaq Komitəsinə müraciət edərək, konsert zalının sahiblərinin məsuliyyətə cəlb olunmasını tələb etdilər.

Göründüyü kimi, hadisə zamanı itkilərin miqyasının çox olmasına görə məsuliyyətin bir hissəsinin Ağalarovların boynuna qoyulması planı addım-addım həyata keçirilir: əvvəlcə sorğular və siyasətçilər vasitəsilə bu istiqamətdə ictimai rəy formalaşdırılır, sonra zərərçəkənlər hərəkətə gətirilir, daha sonra isə həbslərə başlanılır.

Bütün bunlar "Krokus" terroruna görə Ağalarovların başının hələ çox ağrıyacağından xəbər verir. Başlanan istintaq prosesi aylarla, hətta illərlə uzana bilər ki, bu da azərbaycanlı milyarder üçün yaxşı heç nə vəd etmir.


Amma məsələnin qəlizliyi yalnız bununla məhdudlaşmır. İş burasındadır ki, yanıb tamamilə məhv olan "Krokus Siti" ötən ilin payızında "Qazprom"a girov qoyulub. Dəyəri yüz milyon dollarla ölçülən həmin girov artıq məhv olub. Təbii ki, bank bunun əvəzində yeni girov tələb edəcək. Hətta Ağalarovların çətin vəziyyətdə olduğundan yaralanan bank yeni girovun dəyərini dəfələrlə artıra bilər ki, bu da onları "Krokus" şirkətlər qrupunun digər mühüm obyektlərindən məhrum edə bilər.
Beləliklə, qarşıdakı aylarda Rusiya prezidenti Vladimir Putin Ağalarovlarla bağlı planını həyata keçirmək üçün onlara həm İstintaq Komitəsi, həm "Qazprom", həm də digər ictimai və inzibati təzyiq rıçaqları ilə təsir göstərməyə davam edəcək.(Bakupost.az)




Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

12:20

İlk rübün bahalaşan və ucuzlaşan məhsulları - SİYAHI

10:38

TƏBİB-in yeni icraçı direktoru vəzifə islahatlarına başladı

10:21

ABŞ-İran nümayəndə heyətləri Pakistanda görüşəcək - 2-ci raund

09:37

Estoniya Rusiyadan hücum gözləmir, amma...

13:34

On milyon ton taxılın sorğu-sualı... - Baş Prokurorluqda dindirilmə

13:22

Heyvan idxalı azalıb: Ət yenə bahalaşacaq?

12:41

Netanyahudan İranla bağlı açıqlama: "Bu, son deyil..."

12:09

Əli Əsədovla bağlı suala Elmar Məmmədyarovun cavabı

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO