Moskva terrorunun arxasında kimin marağı var?

13:18 24.03.2024 3 213
Bu terror üzərindən hansı mesaj verildi?

Moskva terrorunun arxasında kimin marağı var?

Moskvada "Crocus City Hall" da baş verən terror aktı ilə bağlı çox saylı versiyalar ortaya atılmaqdadır. Kəşfiyyat orqanları belə hadisələri araşdırarkən bütün ehtimalları nəzərə almaqla yanaşı, ilk olaraq baş verən hadisənin kimin marağına xidmət edə biləcəyi və bu hadisə ilə hansı mesaj verildiyi versiyası üzərindən yola çıxırlar. Məsələyə bu baxımdan yanaşdıqda, burada əsas müyyənedici, istiqamət göstərən amil Rusiya hakimiyyətinin bu hadisəyə necə reaksiya verməsi, əsas məsuliyyəti kimin üzərinə qoymağa çalışmasıdır.

Əgər bu terror hadisəsi Ukraynaya və ya Qərbə bağlanacaqsa, bu o demək olacaq ki, Putin hakimiyyəti bundan öncəki məlum ssenariləri yenidən təkrarlayır. Xatırladaq ki, 1999-cu ildə Putin baş nazir təyin olunduqdan dərhal sonra Moskvada və başqa iki yaşayış binası partladılmışdı və o zaman Moskva bundan əsas kimi istifadə edərək Çeçenistana qarşı genişmiqyaslı hərbi əməliyyat başlatmışdı. 2002-ci ilin oktyabrında yenə Moskvadakı bir Teatr Mərkəzinə sonradan Rusiya FSB ilə bağlılığı üzə çıxan bir neçə nəfər çeçen tərəfindən basqın edilərək minə yaxın insan girov götürülmüşdü... Bütün bunlar onu göstərir ki, Putin hakimiyyəti tərəfindən Rusiya cəmiyyətini hədəf alan terror aktlarının törədilməsi ənənəsi mövcuddur və lazım olduqca bu cür üsullara əl atılır.

İlkin reaksiyalar isə onu göstərir ki, Rusiya hakimiyyəti bu işdə Ukraynanı günahlandırmağa hazırlaşır. Terror hadisəsinin istintaqı başa çatmamış Rusiya Federasiya Şurasının müdafiə komitəsi sədrinin birinci müavini Viktor Bondarev tələm-tələsik hadisəyə görə Ukraynanı günahkar çıxarmağa çalışıb. Terrora terrorla cavab verməyə çağıran Təhlükəsizlik Şurasının sədri Medvedev isə şübhələrin əsas ünvanı kimi Kiyevin adını çəkib. Ramazan Kadırov da bu işə görə Ukraynanı suçlayıb. Göründüyü kimi, araşdırma bitməmiş bu terror hadisəsinin məsuliyyətini Ukraynanın üzərinə atmaq cəhdi Putin hakimiyyətinin bu məsələdəki marağını göstərir və yuxarıda xatırlatdığımız əvvəlki terror aktlarının təşkili ilə bir bənzərlik yaradır.

Yazını paylaşdıqdan sonra məlumat yayıldı ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti martın 22-də baş tutmuş terror hadisəsinə görə Ukraynanı ittiham edib. Bununla da terror hadisəsinin arxasında gizlədilmiş məqsəd aşkara çıxmış oldu.

ABŞ Rusiya hakimiyyətindən gələn bu suçlamaların əsasız olduğunu bildirərək ittihamları rədd edib. Pentaqon sözçüsü Con Kirbi bu terrorun arxasında Ukraynanın olması ilə bağlı heç bir dəlil olmadığını bildirib. Ukrayna tərəfdən Podalyak da Kiyevin bu işdə əli olmadığını bəyan edib. Və maraqlıdır ki, Rusiya XİN sözçüsü Zaxarova Kirbinin bu sözlərinə aqressiv reaksiya göstərərək, əgər ortada hər hansı bir dəlil yoxdursa, o zaman Ukraynanın bu hadisə ilə bağlılığını da inkar etmək mümkün deyil, - deyib. Zaxarovanın da reaksiyası əslində bütün şübhələri Kiyev üzərinə yönəltmək niyyətini büruzə verir.

Bura qədər dediklərimiz Moskvanın törədilmiş terrordan Ukraynaya qarşı istifadə niyyətinin olduğunu göstərir və bu həm də yuxarıda verdiyimiz "hadisə kimin marağına xidmət edir?" sualına da cavab verir.

Hadisənin əməliyyat planı səviyyəsində dəyərləndirilməsi də yuxarıda səsləndirdiyimiz ehtimalı gücləndirir. Necə olur ki, həmin "Crocus City Hall"da iki kütləvi konsert tədbiri keçiriləcəyi halda, girişdə hər zaman quraşdırılan metal aşkarlayıcı dedektorlar həmin gün quraşdırılmayıb? Və ya necə olur ki, müharibə vəziyyətində olan ölkənin paytaxtında baş verən terror hadisəsinə operativ reaksiya gecikir və xüsusi təyinatlılar bir saat sonra, iş-işdən keçəndən sonra hadisə yerinə gəlib çıxırlar. Nəzərə alsaq ki, martın 7-də ABŞ kəşfiyyatı Rusiyada kütləvi tədbirlər zamanı terror ola biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Bunu nəzərə almaq əvəzinə, Putin bir neçə gün öncə FSB əməkdaşları ilə keçirilən görüşdə bu xəbərdarlığı əsassız adlandıraraq, inkar etmişdi. Putin niyə belə bir xəbərdarlığı inkar edərək ehtimal edilən təhlükəni önləmək əvəzinə, hər kəsi arxayınlaşdırırdı? Bu suala cavab hələ ki, yoxdur.

Və ya necə olur ki, ABŞ kəşfiyyatı Rusiya ərazisində ola biləcək terroru 15 gün öncədən bildiyi halda, Kreml öz daxilində belə bir təhlükədən xəbər tutmayıb? Bu qədər xüsusi xidmət orqanları nə ilə məşğul imişlər bəs, buna qeyri-peşəkarlıq demək çətindir. Rusiya FSB-sinin məlumatsızlığı ilə bağlı hekayə İndandırcı deyil və kəşfiyyat işinə az-çox bələdçiliyi olan hər kəs bilir ki, hətta, prezident publik olaraq nəyə görə isə bu xəbərdarlıq məlumatını inkar etsə belə, xüsusi xidmət orqanları bu məlumat üzərində ciddi şəkildə işləməli idi. Demək ki, "FSB-nin bu işdən xəbəri olmayıb" versiyası da doğru deyil.

Digər maraqlı bir məqam bu miqyasda terror törədən şəxslərin üzlərinin açıq olmasına baxmayaraq, hadisə yerini tərk edə bilmələridir. Bu faktı təkcə şübhə yox, terrorçulara hadisə yerini tərk etməyə şərait yaratmaq da adlandırmaq olar.

Bəs bu hadisədə Rusiya hakimiyyətinin marağı nə ola bilər?

Müharibənin uzanması nəticəsində yaranacaq sosial-iqtisadi çətinliklərə görə rus cəmiyyətində "bu işğal müharibəsi nəyə lazımdır?" deyənlərin sayı getdikcə arta bilər. Navalnının ölümünə verilən reaksiya belə bir potensialın olduğunu göstərdi. Ona görə də Putin sadə rusları da bu hadisə ilə qorxudub, xalqın indiki işğal müharibəsinə loyallığnı təmin etməyə, savaşın rusların təhlükəsizliyinə xidmət etdiyi fikrini aşılamağa çalışır. Bu yolla Ukrayna müharibəsi ruslar arasında legitimləşdirilməyə çalışılır.

Digər bir ehtimal isə budur ki, Rusiya qarşıdakı günlərdə Ukraynaya göndərilməsi gözlənilən silah yardımlarının cəbhədə vəziyyəti dəyişəcəyini nəzərə alaraq, bu yolla ya taktiki nüvə silahına əl atmaq üçün zəmin yaradır, ya da Ukrayna şəhərlərinə qarşı kütləvi raket hücumları planlaşdırır.

Fuad QƏHRƏMANLI
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}