LAÇINIM MƏNİM

17:15 16.05.2024 4 333
Laçınlı Əvəz Abbasovun xatirə gecəsində nəvəsi Əvəz Abbasovun tərtib etdiyi eyniadlı kitabın təqdimatı keçirilib


LAÇINIM MƏNİM

Laçın xalqımızın qədim yaşayış məskənlərindəndir. Bu yurdun sakinləri ana Həkərinin laylasıyla böyüyüb, yalçın qayaların dəyanətindən dərs alıb. Bir tərəfi Qarabağ silsiləsinin yamyaşıl, atlas geyimli yamaclarına, meşə və ormanlarına, digər tərəfi Zəngəzur dağlarına söykənən bənzərsiz Laçının tayı-bərabəri yoxdur. Laçının bünövrəsi 1924-cü ildə qoyulub.

Şəlvə dərəsinin nadir gözəlliyi, Qırxqız yaylağının şəfalı havası, uca qayaların qoynundan süzülüb gələn Narzan bulaqların şərbət suyu həmişə bu yerlərin tamaşasına gələnlərin diqqətini cəlb edib. Laçının kəndləri, dağ və meşələri, nəğməli qayaları Ulu Tanrının qüdrəti ilə yaradılmış cənnət guşə, təbii muzeydir.

Laçın dedikdə göz önündə bənzərsiz heyranedici gözəllik canlanır. Rayonun hər daşı, qayası, hər qarışı tarixdir. Laçın təbii sərvətlərilə zəngin diyarımızdır. Ərazisində dünyada nadir ağac növlərindən hesab olunan qırmızı dəmirağac meşələri, çox sayda mineral su bulaqları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, cürbəcür dərman bitkiləri var. Bir sözlə, təbiət bu torpaqdan öz əsrarəngiz, həzin sığalını, gözəlliyini, təbii sərvətlərini və bol-bol nemətlərini əsirgəməyib.

Vaxt var idi gələcəyə ümidli idik, nikbinliyimizi hər vasitə ilə qoruyurduq, amma bütün bunlar barədə söhbət, danışıq növbəsi düşəndə düşmənlərimizin işğal etdiyi rayonlarla bağlı xəyal bizi haralara aparmırdı... Onda qala bu söhbət hələ bir o gözəl, ürəyimizin bir parçası doğma Laçından düşə. Laçın yasaqlığı, Qarabağ yaylası, Qızılboğaz zirvəsi, iti axarlı dağ çayları, axına qarşı üzən forellər, buz bulaqlar, meşələr, yaylaqlar... Kiçik, amma nə gözəl, amma nə doğma Laçın şəhəri. Sanki əl-ələ verərək dağlardan-düzlərə, düzlərdən-dağlara yallı gedirmiş kimi 120 kənd-oba, böyük bir yurd üzü, yurd ocağı...

Bu yurd gözəlliklər məskəni olmaqla yanaşı, ziyalılar, alimlər, görkəmli şəxsiyyətlər yetişdirən məkan kimi də tanınıb. Onlardan biri də 29 iyun 1948-ci ildə bu yurdda dünyaya göz açmış Əvəz İdris oğlu Abbasovdur. Elə bu günlərdə FERMA ART restoranlar şəbəkəsində bu işıqlı ziyalının xatirə gecəsinə və nəvəsi Əvəz Abbasovun böyük istək və həvəslə buraxdığı “Laçınım mənim” kitabının təqdimatına yığışanlar da onun dünyaya gəldiyi cənnətməkan Laçın, bu yurdun yetişdirməsi olan Əvəz Abbasov haqqında ağızdolusu danışdı, özlərinin xatirələrini bölüşdülər.

Əvəz Abbasovun oğlu Seymur Abbasov tədbirin başlandığını elan edərək sözü aparıcılar Xeyransa Quliyevaya və Günel Qəmbərzadəyə verdi. Onlar Ə.Abbasovun tərcümeyi-halını, keçdiyi həyat və yaradıcılıq yolunu məclis iştirakçılarının nəzərinə çatdırdı, Əvəz müəllimin şeirlərini növbəlilik şərtilə oxudular. İlk olaraq çıxış edən Azərbaycan Texniki Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri, tarix elmləri doktoru professor Şikar Qasımov Əvəz müəllimi “polad adam” adlandırdı, onun cəsarətini xüsusi vurğuladı. O, bildirdi ki, Ə.Abbasov abidəsini dostlarının gözlərində ucaldıb.

Yüksək nəfisli tərtibatda nəşr edilmiş kitab barədə də ürək sözlərini bölüşdü, bu işdə əziyyəti olanlara, xüsusən də Əvəz müəllimin oğlu Seymur Abbasova dərin təşəkkürünü bildirdi. Kitabın redaktoru Amerika Bioqrafiya İnstitutu tərəfindən Güney Azərbaycan ədəbiyyatı üzrə ekspert, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Esmira Fuad “Laçınım mənim” kitabının ərsəyə gəlməsində rolu olan ziyalılara öz təşəkkürünü ünvanladı, O, Laçın rayonu, eləcə də bu günlərdə gözəlliklər yurduna səyahəti ilə bağlı şirin xatirələrini bölüşdü, çıxışını kövrək notlara köklədi. Qeyd etdi ki, vaxtilə mərhum sənətkarımız Məhəbbət Kazımov “Laçınım mənim” mahnısını oxuyanda ona iradını bildirmiş, “Laçınsız “Laçınım” oxuma, qardaş” şeirini yazmışdı.

Oylağım, yaylağım keçilməz olub,
Qurşağa ot qalxıb, biçilməz olub.
Yolları bağlanıb, keçilməz olub,
Laçınsız “Laçınım” oxuma, qardaş!

Bu da taleyinə yazıldı, Əvəz,
Yad eldə məzarın qazıldı, Əvəz.
Növrağın, de, nədən pozuldu, Əvəz?!
Laçınsız “Laçınım” oxuma, qardaş!


Kitabın ön söz müəllifi, BDU-nun kafedra müdiri, şair-publisist Knyaz Aslan çıxış edərək Əvəz müəllimlə bağlı şirin xatirələrini danışdı. Bildirdi ki, Laçın həmişə müxtəlif sahələrdə qazandığı uğurlarla ölkəmizə töhfələr verib, iqtisadi qüdrəti ilbəil yüksəlib, insanların həyat tərzinin yüksəldilməsinə maksimum səy göstərilib. Bu yurdun dağ vüqarlı, mərd insanları olub. Onlardan biri də uzun müddət iş birliyində olmuş, daim ondan məsləhətlər almış, əvəzsiz, təmənnasız köməklər görmüş Əvəz Abbasovdur. Əvəz müəllimi mətbuatımızın yorulmaz cəfakeşi Həsənbəy Zərdabi ilə müqayisə etdi, peşəkar poliqrafçı, naşir, redaktor və əsas da böyük ziyalı kimi müəyyən oxşarlıqlarını xüsusi qeyd etdi. Knyaz Aslan xatirə gecəsində Əvəz müəllimin məxsusi məziyyətlərini, insani cəhətlərini buraya toplaşan ziyalılar qarşısında sərgilədi.
Dünya Türkologiya Mərkəzinin sədri, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru Güllü Yoloğlu, kitabın ikinci söz müəllifi, texniki elmlər namizədi, professor Nizami İsmayılov, Əvəz Abbasovun Ukraynadan gəlmiş yaxın dostu, iqtisad və hüquq elmləri doktoru, professor, general-polkovnik Təhmasib Əjdərov, fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Məhərrəmov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əhməd Apiyev, Azərbaycan Müdafiə Nazirliyinin tibb xidmət mayoru Fidan Şirinov, Laçın RİH Aparatının əməkdaşı Nazilə Abbasova, Ə.Abbasovun yaxın dostu Əli Abbasov, “Ziya” qəzetinin baş redaktoru Müşviq Borçalı da söz deyənlər sırasında idilər. Onların hamısı Əvəz müəllimin xalq, dövlət qarşısındakı təmənnasız xidmətlərindən danışdı, ona müraciət edən hər kəsə bacardığı köməkliyindən həvəslə söz açdı. Çıxışlardan bəlli oldu ki, bir vaxtlar dağlar gözəli Laçında məşhur Qırxqız yaylağında, təbiətin füsunkar çağlarında elat yaylaqlara köç edəndə ətrafda qonaq-qara əlindən tərpənmək mümkün olmazdı. Hər addımda telli saz ötərdi. Həkəri çayı insanları qoynuna səsləyərdi. Həm qəzəbli, qüdrətli, həm də mülayim, nəğməkar Həkəri! Hazırda laçınlıların sevinci köksünə sığmır. Quruculuqla, abadlıqla bağlı bütün layihələr reallaşacaq, bərpa işləri genişlənəcək, Laçın çox tezliklə Azərbaycanın cənnət guşələrindən birinə çevriləcək. Çıxış edənlər bu fikri də təəssüflə vurğuladılar ki, kaş bu günü, laçınlıların tədricən qovuşduqları Laçını görmək səadəti Əvəz müəllimə də nəsib olaydı.

Xiffət kövrəldib, kövrəldib uzaqlıq gətirər həmişə. Bunları özümə deyirəm, özümə irad tuturam. Axı, doğma Laçınımızı, doğma Qarabağımızı nə vaxtsa düşməndən azad edəcəyimizə, özü də yaxın vaxtlarda azad edəcəyimizə daha çox inananlardan biri elə özüm idim. Yazılarımda bunu xüsusi vurğulayır, inam və ümidimi üzmədiyimi dilə gətirirdim.

Mən Laçınam – elim, obam şəhiddi,
Yaylaqlarım, oylaqlarım qəribdi.
Mən Laçınam – Haray, haray laçınlı,
Gəl, azad et, məni sən, ay laçınlı!..

Budur, Laçın artıq öz sahibinə qovuşur, laçınlılar öz yurdlarına qayıdır. Əvəz müəllimin də nisgili, həsrəti bu insanların sevinclərinə, fərəhlərinə qarışır.

Qayalar səngərim, sağlar qalxanım,
Əvəz vətən deyib, “Cəngə” haraylar!
Ölməyib! Yaşayır, mənim Sultanım,
Millət millət olsa, Laçın yaşayar!













Daşdəmir ƏJDƏROĞLU,
Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:12

Ukrayna Prezidenti bəzi məşhurları fəxri adlarından məhrum etdi

11:48

Müharibə veteranlarının təqaüdləri artırılacaqmı? - AÇIQLAMA

16:56

Kərə yağının aybaay bahalaşmasının səbəbləri - Araşdırma

16:48

Silahlar Ermənistana açıq daşınır: məxfilik yoxdur - Manukyan

16:29

Çakraborti müsəlmanları təhqirə görə üzr tələbini rədd etdi

16:22

İlham Əliyev avropalılara: "Əgər biz cəngəllikik, bizdən uzaq durun"

16:06

Azərbaycanda özəl olaraq yük aeroportu tikilir

11:18

Azərbaycan paytaxtında yüksək ümidlər və böyük gözləntilərlə COP29 başladı

15:41

Azərbaycan Xalqı Türkiyə Prezidentindən təbrik aldı

12:29

Bayraq Meydanında üçrəngli Azərbaycan bayrağı yenidən qaldırılıb

12:23

İnternet üzərindən narkotik maddə satan 150 nəfər saxlanılıb

12:02

Azad olunmuş ərazilərə 8,6 milyard ABŞ dolları investisiya qoyulacaq

11:57

Pakistanda dəhşətli partlayış: 24 ölü, 30 yaralı

11:52

Türkiyə XİN Azərbaycanın Bayraq Günü ilə bağlı paylaşım edib

11:47

İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

11:40

Yol polisi sürücülərə müraciət etdi

18:20

Trampın Azərbaycan açıqlaması İrəvanı qarışdırdı

18:15

Trampın seçilməsinə İrandan ilk reaksiya

18:11

Azərbaycan Prezidenti ABŞ-ın yeni prezidentini təbrik edib

18:06

Gənc jurnalist vəfat edib

11:11

Ermənilər üçün göz yaşı tökən Pelosi yenidən seçilir

11:05

Ərdoğanla Əliyevin görüşü olub

11:44

Çakraborti müsəlmanları doğramaqla hədələdi...

11:33

Rusiyada həbs edilən generalla bağlı yeni detallar - VİDEO

11:26

General işdən azad olundu, yerinə polkovnik gətirildi

10:57

DYP-dən sürücülərə müraciət

10:50

Ağsuda yeznəsini qayçı ilə vuran şəxs saxlanılıb

10:43

Yeni telekanal fəaliyyətə başlayır

10:34

İlham Əliyev və xanımı Bakı Olimpiya Stadionunda şəraitlə tanış olub

10:30

Ermənilər “ən güclü silah”ını itirir

21:46

M.Ə.Rəsulzadənin "Panturanizm haqqında" kitabı yayınlanıb

16:56

Narkotika istifadəçisi olan avtobus sürücüsü həbs edildi

15:59

Məsuliyyətə cəlb edilən polkovnik, görün, kimin oğludur?

13:06

Zaqatalada iki nəfər dəm qazından zəhərləndi

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO