"28 May" metrostansiyasında görünüşündən 65-70 yaşı olduğu ehtimal edilən kişi sərnişin qatar yoluna düşüb.
Bu barədə məlumatı "Bakı Metropoliteni" QSC-dən KİV-ə təsdiqləyiblər.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, "28 May" stansiyasında qatar yoluna düşən sərnişin ölüb.
Oxu.az-ın yaydığı məlumata görə, qatar sərnişinin üstündən keçib.
Qeyd edilir ki, hadisə ilə əlaqədar xətlərdə yubanma baş verib. Sonradan Bakı metrosunda qatarların hərəkəti bərpa edilib.
Becan.az