Rus sektoru mübahisəsi... - Azərbaycan dilinə təlim dili statusu verilməlidir

11:43 13.06.2024 1 526

Telman Vəlixanlı
Filologiya elmləri doktoru,
professor




Bu gün orta təhsildə qarşılaşdığımız ən ciddi problemlərdən biri - digər dillərdə tədrisi necə həll edirik? Tədris situasiyasını həll etməyin düzgün yolu hansıdır?

Bugünkü vəziyyət:

1.Qeyri-dövlət dillərində, xüsusilə rus dilində orta təhsil almaq istəyənlərin çoxluğu Bakı şəhəri üçün xarakterikdir. Digər böyük şəhərlərdə, rayon mərkəzlərində bu cəhətdən gərginlik yoxdur.

2. Məsələyə ölkəmizdə valideynlərin uşaqlarına orta təhsili rus və ya ingilis bölməsində verməsinə təşkilati cəhətdən problem yaratmaq kimi baxmağın tərəfdarı deyiləm. Buna qanunvericilik aktlarımız, dövlətin təhsil siyasəti imkan verir...


Yaranmış situasiya ilə bağlı ictimaiyyət, valideynlər nə ilə hesablaşmalıdırlar?

Bu bölmələrdə:

a) uşaqların öz ana (dövlət) dilini sərbəst bilməsi;

b) öz ölkəsinin tarixi, coğrafiyası, mədəniyyəti, adət-ənənələri, sosial-ictimai mühiti və s. barədə məlumatlı olması, vətənpərvər böyüməsi;

c) gələcəkdə yaşadığı ölkənin əmək bazarında karyera inkişafı imkanlarına malik olması və s. amillərlə yanaşı, digər cəhətlər də var ki, onları da bilməliyik.


Birincisi, yuxarıda sadalanan şərtlər daxilində təhsilin məzmununu, yəni yeni tədris standartlarını, tədris proqramlarını (fənn kurikulumlarını), tədris planlarını, dərslikləri, elmi-metodiki təminatı, məzunların bilik və bacarıqlarının qiymətləndirilməsi və dəyərləndirilməsi mexanizmini yaratmaq lazımdır. Orta təhsilin məzmununa mövcud yanaşmaların köklü dəyişikliyə imkan verməyəcəyi göz qabağındadır. Bu işi isə öz axarına buraxmaqla həll etmək mümkün olmur. İllər ötür, nəsillər böyüyür... Təlim qeyri-dövlət dillərində aparılan siniflərə düşməyənlər hər il bundan narazı qalırlar. Nə ingilis, nə də rus gəlib bizim bu dillərdə təhsil alan uşaq və gənclərin təlim-tərbiyəsinin məzmununu milli ideologiyamıza uyğun nizamlayan deyil.

İkincisi, bəlkə də birinci məsələdən də vacib digər bir cəhət təhsilin kadr təminatı məsələsidir. Hamı anlamalıdır ki, Bakıda valideynlərin rus bölməsinə uşaq verməsinin əsas səbəbi dövlət dilində təhsil verən məktəblərimizdə ibtidai sinif müəllimləri problemidir. Bunu ibtidai sinif müəllimərinin sertifikasiya imtahanlarının nəticələri də aşkar göstərdi: son iki-üç onil ərzində regionlardan Bakıya axışan pedaqoji işçilərin, pedaqoji təhsil bazası olmayanların saxta ixtisasdəyişmə yolu ilə ibtidai sinif müəllimliyinə yol tapması bu müddətdə milli təhsilimizə, düşüncəmizə, övladlarımızın mənəvi-psixoloji cəhətdən formalaşmasına ciddi ziyan vurub. Bu hal etiraf olunmalıdır.

Yaşından asılı olmayaraq, xüsusilə tədris dövlət dilində aparılan ibtidai siniflərdə bütün müəllimlər sertifikasiyanın nəticələrinə, valideynlərin və məktəb rəhbərliyinin rəyinə uyğun yeni dərs ilinin başlanğıcınadək attestasiyadan keçirilməlidir. Bu boyda təhsil ekspertləri, ictimai şuralar, təhsil forumları var. İclaslar keçirməklə, problemləri bilmədikləri üçün televiziyalarda predmetsiz müzakirələr aparmaqla yox, məhz məktəblərlə birbaşa əməkdaşlıq yolunu tapmaqla işə yardımçı olmaq məsləhətdir.

Üçüncüsü, rus və ingilis bölmələri üçün pedaqoji kadr çatışmazlığı problemini də həll edə bilməmişik. Universitetlər pis-yaxşı müəllim hazırlığı aparırlar, lakin dilləri bilən ali pedaqoji təhsilli gənclərin əksəriyyəri əmək bazarında daha yüksək məvacibli, daha az əziyyətsiz iş yerlərinə üstünlük verirlər.
Təhsildə aşkarlıq cəhdlərimiz, bəzən şüarçılıq, pedaqoji nəsillər arasında körpünün qırılması, təhsil və imtahan qrafikləri ilə bağlı DİM və ETN-nin tədbirləri arasında uyğunsuzluq, təhsili idarəedici orqanların orta məktəblərə lazımsız və aqressiv reydləri (yoxlayıcıların sosial şəbəkələrdə hədələyici anonsları), məktəblərə, liseylərə qəbulda, olimpiada və bilik yarışlarında qaliblərin müəyyən olunmasında ilbəil eyni adamlara böyük səlahiyyətlərin verilməsi və sair hallar, təəssüf ki:

1) potensiallı gənclərin MİQ imtahanlarına, məktəb işinə meylini azaldıb;

2) valideynlərin məktəbə, müəllimlərə qarşı aqressiyası artıb;

3) bütövlükdə müəllimlik fəaliyyəti sayğısızlıq və əmək haqqının azlığı üzündən nüfuzunu itirib. Hətta, 10-20 min illik təhsil haqqı götürən özəl məktəblərdə belə müəllimə minimum əmək haqqı təklif olunur. Bu ağrılı problemi qabartmaqda məqsədimiz odur ki, nəinki kişilər, heç qadınlar da müəllimliyi özünün və ailəsinin təminatı üçün dolanışıq yeri hesab etmir...


Bir sözlə, biz valideynlər və təhsili idərəedənlər ömrünü-gününü məktəbdə keçirən müəllimin əmək fəaliyyətinin motivasiyası barədə düşünməliyik (təbii ki, işləmək həvəsi və bacarığı olanların, bacarıqsız və həvəssiz adamlar məktəbə ancaq ziyan vururlar). Bacarıqlı müəllimlər isə öz evlərində, tədris mərkəzlərində repetitorluqla maliyyə vəziyyətlərini düzəltməklə yanaşı, məktəbin işinə yarı güclə qatılmaq məcburiyyətində qalırlar...

Dördüncüsü, ailəsində dil daşıyıcısı, dil mühiti olmayan, uşağı müvafiq məktəbəqədər təhsil müəssisəsində hazırlıq keçməyən valideynlərin təlim qeyri-dövlət dilində aparılan siniflərə can atması cəhdi həm uşaq, həm məktəb, həm də müsahibəni aparanlar üçün problem yaradır...

Sözün qısası, məzmun və kadr problemi olduğu şəraitdə qeyri-dövlət dillərində təlimi rəğbətləndirmək məntiqsiz görünür.

Vəziyyətdən çıxış yolu

2015-ci ildən bəri tərəfimizdən təklif olunur. Hazırda təlim qeyri-dövlət dilində aparılan siniflər üçün ən optimal variant bu bölmələrdə dövlət (Azərbaycan) dilinə də təlim dili statusu verməkdən ibarətdir. Bu halda müəyyən olunmuş tədris qrafikinə uyğun 1-ci sinifdən başlayaraq, hər iki dil məlum tədris standartlarına müvafiq mənimsədilir. Tədris fənlərinin aparılması paritet gözlənilməklə hər iki dildə həyata keçirilir. Orta təhsilin sonrakı pillələrində də (orta və yuxarı siniflərdə) eyni yanaşma tətbiq olunur. Hazırki tədris planlarına uyğun bu siniflərdə yalnız bir xarici dil (əsasən, ingilis) tədris olunduğundan xarici dilə ayrılan saatları 2-ci sinifdən başlayaraq orta siniflərdə nisbətən artırmaqla 10-11-ci siniflərdə müəyyən fənlərin profil üzrə ingiliscə tədrisi də real olar.

Bu yolla həm valideynlərin, həm də zamanın tələbini ödəyib məktəblərimizi təkcə zahirən yox, həm də məzmunca dəyişərik. Göstərilən addım məktəblərdə ciddi canlanma yarada bilər. Bu keçidi ləngitməyin mənası yoxdur.

İnsaf naminə qeyd edək ki, ETN müəyyən addımlar atıb. Xüsusən də təlim qeyri-dövlət dillərində aparılan siniflər üçün dərsliklərin hazırlanması, məzmunu ilə bağlı ciddi elmi-metodiki, ideoloji iş aparılır. Lakin bu kimi epizodik tədbirlər vəziyyəti dəyişə bilmir. Məsələyə kompleks yanaşmanın vacibliyi gündəmdədir.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO