Quzeyli Fəridin əlacı Güneyli Məsuddur

14:37 28.06.2024 1 785
Məsud Pezeşkiyan: "Əgər İranda pantürkizm varsa, bu, ədalətsizliklərdən irəli gəlir..."













Anar ƏSƏDLİ



İyunun 16-da İranın ali dini lideri Əli Xameneyi Qurban Bayramı münasibətilə 2654 məhbusu əfv edib, həbs müddətini azaldıb və ya cəzalarını dəyişdirib. Bunların içərisində xarici ölkə vətəndaşları və ölkənin təhlükəsizliyinə qarşı cinayət törətməkdə təqsirli bilinən şəxslər də var. Lakin bunların arasında İranda haqsız yerə həbsdə saxlanılan azərbaycanlı gənc Fərid Səfərli əfvə düşmədi.

Xəbəri olmayanlar üçün bildirim ki, Fərid Azərbaycan vətəndaşıdır, Almaniyanın Yena Universitetinin tələbəsidir. Fərid 2023-cü il fevralın 20-də İrana səfərə gedir, səfərin məqsədi elə Almaniyanın Yena şəhərində tanış olduğu İran vətəndaşı olan xanımla görüşmək olur. Lakin elə oradaca oğurlanaraq həbs olunur.

Fəridlə bağlı həm Xarici İşlər, həm Baş Prokrorluq dəfələrlə İran həmkarları ilə söhbətlər aparsalar da, Fəridi azad etmək mümkün olmayıb. Düzdür, bu danışıqların nəticəsində "casusluq", "casusluq etmək niyyəti" maddəsi ilə əvəzlənib və Fəridə 2 il iş kəsiblər. 2025-ci ilin fevral ayında Fəridin həbs müddəti bitəcək. İndi sual yaranır: İran Fəridin çəkilməmiş cəzasından 8 ayını əfvə salıb Azərbaycana qarşı xoş niyyət göstərə bilməzdimi və ya niyə göstərmək istəmədi?

Zatən haqsız yerə həbs edilmiş gənc bir adamı əfv edərək, bütün insan haqlarına tüpürmüş bir ölkə olsa belə, İran heç olmasa diplomatik manevr üçün ayaq yeri qoya bilərdi. Amma etmədi, çünki Fərid müstəqil Azərbaycanın vətəndaşıdır, İranın yuxularını qaçıran Müstəqil Azərbaycanın!

Və bu günlərdə İranda Prezident seçkiləridir,
növbədənkənar prezident seçkilərinə namizədliyini irəli sürənlərdən biri də Azərbaycanlı Məsud Pezeşkiandır.

Məsud bəy İranda kifayət qədər müsbət imicə sahibdir. Məsud Pezeşkian ixtisasca həkimdir, ürək cərrahıdır. İran səhiyyə nazirinin müavini, səhiyyə naziri vəzifələrində çalışıb. Məsud Pezeşkian 5 dəfə millət vəkili seçilib, Təbriz, Tufarqan və Üskü şəhərlərinin millət vəkili olub.

Məsud bəy, həmçinin İran parlamentinin sədrinin birinci müavini vəzifələrini yerinə yetirib. Özü islahatçı siyasi camiəyə mənsub olsa da, mühafizəkarlar arasında da böyük nüfuza malikdir. İranın repressiya və korrupsiya idarəçiliyində iştirakı olmayıb, adı heç bir beynəlxalq qurumların hesabatında keçmir, əksinə, hər zaman təmsil olunduğu hakimiyyətləri tənqidi fikirləri ilə sorğulayan, azərbaycanlılar arasında milli hüquq və ana dili sahəsindəki çıxış və tələblərinə görə təqdir olunan yeganə siyasət adamıdır.

Daha dəqiq desək, İranın mürəkkəb daxili siyasi camiəsi ilə müqayisədə xeyli müsbət tərəfləri var.

“Biz nədən, rəsmi qanunun icazə verdiyi halda, Azərbaycan vilayətlərində türkcə yazıb-oxuya bilməyək? Nədən alman, ərəb, fransız və ispan dillərinin tədrisi qanunidir, amma türk dilinin tədrisi qanuni deyil?” deyən, bu fikirlərin sahibi
Məsud bəy İran rejiminin beynəlxalq siyasətinin çox səhv olduğunu, xüsusilə Azərbaycan Respublikası ilə münasibətlərin yanlışlığı ilə bağlı məsələləri də hər zaman açıq şəkildə bildirib.

Bu gün müəyyən güneyli qardaşlarımızın əks fikirlərinə də rast gəlirik ki, Məsud bəyi də İran dövləti yetişdirib və o, nəticə etibarilə İranın bir dövlət məmuru kimi, həmin dövlət üçün çalışacaq.

Belə düşünənlər siyasi məsələlərə bəsit yanaşmamalıdırlar. Məsud bəy Güney Azərbaycanın cümhuriyyəsi seçilmir, İranın prezidenti seçilir. Əlbəttə ki, İran üçün çalışmalıdır. Və siz bir az ağıllı düşünsəniz, belə fikirlər səsləndirməməlisiniz.

Sevgili güneyli qardaşlarım, dövlət məmurunun yetişməsində əsas bir məqamı unutmamaqda fayda var: Hər dövlət məmuru eyni qəddarlıq və cəhalət içində yetişmir və qəddarlığı, cəhaləti eyni dərəcədə müdafiə etmir.

Yəni, Məsud bəy kimi kifayət qədər islahatçı İran məmurlarının hakimiyyətə gəlişi bir sıra önəmli məqamların nisbətən yumşalmasına şərait yarada bilər. Əvvəla, İran həbsxanalarında baş alıb gedən qəddar işgəncələrin, buna rəvac verən amansız məmurların qarşısını müəyyən dərəcədə ala bilər. İkincisi, Türkiyə və Azərbaycanla münasibətləri daha yumşaq duruma gətirə bilər. Üçüncüsü, ana dilimizin tədrisinə daha loyal yanaşıla bilər.

Bütün bunlar İran cəmiyyətinə də, elə İranın qonşularına da hava və su kimi lazım olan dəyişikliklərdir.

İnanıram ki, daha geniş düşünən, daha islahatçı siyasilərin İranda hakimiyyətə gəlməsi regiondakı geosiyasi və geoiqtisadi duruma müsbət təsir edəcək. Region ölkələri arasında yumşaq siyasət ticari və iqtisadi əlaqələrin genişlənməsinə aparır. İqtisadi münasibətlərdə yaxalana bilən inkişaf tempi istər-istəməz hüquq və azadlıqların inkişafına da səbəb olur ki, bu da insan haqları məsələsində önəmli bir irəliləyişdir.

İstər öz ölkəsinin vətəndaşlarının haqqı olsun, istərsə də Fərid kimi günahsızların haqqı...

Bu seçki Fəridlərin haqqı üçün bir şans ola bilər... Haqq üçün Məsud bəyə şans verin!

Quzeyli Fəridin əlacı Güneyli Məsuddur
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO