Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yoxlama aparılıb.
Bu barədə Kult.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyatın təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək:
"Məsələ Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir".