O boyda Türkiyədə yanğınsöndürən təyyarə niyə yoxdur? - AÇIQLAMA

18:30 27.08.2024 1 428
O boyda Türkiyədə yanğınsöndürən təyyarə niyə yoxdur? - AÇIQLAMA

Türkiyədə bir neçə gündür davam edən meşə yanğınlarının söndürülməsində mühüm rol oynayan və Azərbaycandan qardaş ölkəyə dəstək məqsədilə gedən “BE-200ÇS” amfibiya təyyarəsi maraqla qarşılanıb. Yüksək hərbi və mülki texnologiyalara malik olan Türkiyədə belə bir təyyarənin olmaması diqqət çəkir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın minnətdarlıqla adını çəkdiyi “BE-200ÇS” amfibiya təyyarəsindən niyə qardaş ölkədə yoxdur?

Mövzunu Globalinfo.az-a şərh edən hərbi ekspert Telman Qasımov deyib ki, bəzən geniş hərbi sənayesi olan böyük bir dövlət ağır texnikalar, PUA-lar istehsal etsə də, nədənsə amfibiya təyyarəsi istehsal etmir:

“İstehsal etməsi bir kənara, heç başqa ölkədən də almır. Son illər Türkiyədə Yunanıstanla sərhəddə olan meşələrdə güclü yanğınlar baş verir. Qardaş ölkə hər il baş verən yanğınları nəzərə alıb, indidən gələn il üçün tədbirlər görməlidir”.

T.Qasımov deyib ki, Türkiyə istəsə, həmin təyyarələrin mütəxəssislərini ölkəyə gətirib, istehsal da etdirə bilərlər:

“Hətta istehsal edib, xarici ölkələrə də satar. Yanğın təkcə Türkiyədə deyil. Ona görə də qardaş ölkə həmin təyyarədən istehsal edə bilər. Görünür, daxildə başqa məsələ var. Türkiyənin düşməni çoxdur. Bundan sonra hansı təxribatların törədiləcəyini bilmirik. Təbii ki, qardaş ölkə olaraq hər an Türkiyənin yanındayıq”.

Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauzun Türkiyənin 783 min kvadrat kilometrdən çox ərazidə yerləşən ölkə olduğunu qeyd edib. Onun sözlərinə görə, bəzi bölgələrdə sıx meşə örtüyü var:

“Ona görə də yay aylarında tez-tez meşə yanğınları olur. Son günlərdə meydana gələn yanğınların isə üç əsas səbəbi var. Birincisi, iqlim şərtləridir. Yəni isti havanın mövsüm normasından çox yuxarı olmasından yanğınlar baş verir. İkincisi, piknik sahələrində ocaq qalayan insanların diqqətsizliyi və cahilliyi, qadağalara əməl etməməsi. Üçüncüsü isə terror təşkilatlarının törətdiyi cinayətlərdir. Terror təşkilatları ölkəmizin imicinə, iqtisadiyyatına, turizmin inkişafına zərbə vurmaq üçün düşmənçilik məqsədilə belə addımlar atırlar. Son 15 gündə ölkəmizdə 500 meşə yanğını olub. Cənab Ərdoğan da dünən Bitlis vilayətinin Ahlat rayonunda keçirilən Nazirlər Kabinetinin toplantısında çıxışı zamanı bunları qeyd etdi”.


Y.Karauz deyib ki, baş verən yanğınların bəzilərinin vurduğu zərər böyükdür, ancaq söndürülən və qabaqlayıcı tədbirlərin görüldüyü ərazilər də az deyil:

“Yuxarıda qeyd etdiyim kimi, 783 min kvadrat km ərazidə qısa müddətdə bu qədər yanğının baş vermə ehtimalına qarşı tədbirlər görmək, helikopter, təyyarə və s. almaq külli miqdarda vəsait tələb edən və çətin işdir. Ancaq illər keçdikcə görülən əlavə tədbirlərin də sayı artır. Digər tərəfdən, Təbii Fəlakətlərin İdarə Olunması İdarəsi (AFAD) personalının gördüyü təlim və diqqəti ilə də əlaqədardır. Bütün hallarda yanğınla mübarizəmiz mütəmadi şəkildə davam edir və əlavə tədbirlər görülür, cəzalar sərtləşdirilir.

Eyni zamanda, son yanğınlarda cənab İlham Əliyevin “BE-200ÇS” amfibiya tipli təyyarəni ölkəmizə dəstək üçün göndərməsi xalqımızın ürəyini növbəti dəfə fəth edən, qardaşlığımızı bariz şəkildə dünyaya nümayiş etdirən addımdır”.

Fövqaladə Hallar Nazirliyindən (FHN) “BE-200ÇS” amfibiya təyyarəsi ilə bağlı Globalinfo-ya məlumat verilib.

Həmin məlumatı təqdim edirik:

“BE-200ÇS” amfibiya təyyarəsi Rusiya Federasiyasının “Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksi”ndə istehsal olunub. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən bu təyyarə 2008-ci ildə alınıb. Əsas istismar sahələri: irimiqyaslı yanğınların söndürülməsi (aerodrom şəraitində və ya su hövzələrindən suyun götürülməsi ilə), axtarış-xilasetmə işlərinin aparılması, şəxsi heyətin və yüklərin daşınması.

Texniki göstəriciləri:

– Maksimal su götürmə qabiliyyəti 12 ton (su hövzəsindən 18-20 saniyə müddətinə);
– Salonda maksimal yük götürmə qabiliyyəti 5 ton;
– Maksimal uçuş hündürlüyü 8000 metr;
– Maksimal uçuş sürəti (cihaz ilə) 530 km/saat.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

12:06

Ərdoğan Əliyevi şəxsən dəvət edib

11:03

Bakıda kafedə kütləvi dava: ölən var

19:23

Batan gəmidəki azərbaycanlılar xilas edilib

19:11

Hava hücumuna görə Moskvada 4 aeroport bağlandı

13:37

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu ciddi mühafizə olunur

13:23

Üç türk respublikaları prezidentlərinin qızları bir arada

13:13

Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları keçib

12:27

Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı

13:54

Türkiyədə Azərbaycan kampaniyası bu faktı üzə çıxartdı

13:48

TƏBİB-in nazirliyə verilməsi nəyi dəyişəcək? - Yeni dövr başlayır

13:35

Bölgələrdə yağış yağacaq, dolu düşəcək

12:35

Farslar təhqir, “Traktor” imtina etdi

12:25

Fransada polis vəziyyətə nəzarəti itirdi

12:13

Direktorun maşınını yandıran daha bir nəfər saxlanıldı - VİDEO

12:01

Səhiyyə naziri işdən çıxarıldı, Baş nazirin müavini təyin edildi

11:56

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

11:45

Yeni səhiyyə naziri təyin edildi

14:20

"Sağlam düşüncə və qardaşlıq hüququ qorunmalıdır" - Fuad Oktay

13:56

Ağsu sakini Məşğulluq idarəsinin müdirindən Prezidentə şikayət etdi - VİDEOMÜRACİƏT

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}