İsmayıllı rayonunda vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib.
Modern.az xəbər verir ki, ötən gün keçirilən əməliyyat zamanı saxlanılanlar olub.
Qeyri-rəsmi məlumatlara görə, saxlanılanlar arasında bələdiyyə sədri və digər şəxslər var.
Yaxın vaxtlarda əməliyyatla bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
***Keçirilən əməliyyat nəticəsində Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov və kəndlərdən birinin bələdiyyə sədri saxlanılıb.
Məlumata görə, saxlanılan digər şəxs rayonun Diyallı kənd bələdiyyəsinin sədri Cahangir Surxayevdir.