İsmayıllı şəhərinin icra nümayəndəsi Əlişir Süleymanov barəsində həbs qərarı verilib.
Xəbər verilir ki, Binəqədi Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qərarı seçilib.
Qeyd edək ki, ötən gün İsmayıllı rayonunda vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib. Baş Prokuror yanında Korrupsiya İdarəsinə rayonun bir sıra vəzifəli şəxslərinin qanun pozuntularına yol verməsi barədə məlumat daxil olub. Keçirilən əməliyyat nəticəsində Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov saxlanılıb.
Becan.az