Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistanda hakimiyyəti ələ keçirməyi planlaşdıran cinayətkar qrup aşkarlayıb.
Xəbər verilir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, aktiv əməliyyat tədbirləri zamanı 30-a yaxın axtarış aparılıb, dindirilmələr nəticəsində 7 vətəndaşın şəxsiyyəti hələlik müəyyən edilməmiş digər şəxslərlə birlikdə hakimiyyəti zorla ələ keçirməyə hazırlaşdığına dair sübutlar toplanıb:
“Xüsusən də bu qrup silahdan istifadə qaydalarını öyrənmək məqsədi ilə bir sıra Ermənistan vətəndaşlarını Rostovda, o cümlədən “Arbat” bazasında üç aylıq təlim keçmək üçün cəlb edib. Sonradan məlum olub ki, qruplaşmanın məqsədi sərhədləri qorumaq deyil, Ermənistanda hakimiyyəti ələ keçirməkdir”.Bildirilib ki, həmin şəxslərin bir qismi çevrilişdə iştirak etməkdən imtina edib və Ermənistana qayıdıb.
7 nəfər barəsində cinayət işi başlanıb, onlardan 3-ü həbs edilib, 4 nəfər isə axtarışa verilib.(Axar.az)