Nəvəsi ölümünə bıçaqlanan baba Baş Prokuror Kamran Əliyevə müraciət etdi - ŞİKAYƏT

22:46 20.09.2024 2 093
Nəvəsi ölümünə bıçaqlanan baba Baş Prokuror Kamran Əliyevə müraciət etdi - ŞİKAYƏT

Azərbaycan vətəndaşı Elxas Comərdov Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə şikayət məktubu ünvanlayıb. O, şikayət məktubunda yazır ki, 16 yaşlı nəvəsi Elcan Elgün oğlu Beybudov 2023-cü ilin avqust ayında tanışı Vüsal Laçın oğlu Mayılov tərəfindən öldürülmək məqsədilə çoxsaylı bıçaq xəsarətləri alıb. Hadisə ilə bağlı cinayət işi açılıb, lakin Elxas Comərdov istintaqın gedişi və nəticə ilə qətiyyən razılaşmır, işin yenidən istintaqa qaytarılmasını istəyir. Onun iddialarına və gətirdiyi faktlara əsasən, cinayətkar qanuna müvafiq qaydada cəzasına çatdırılmır...

Şilayət məktubunu təqdim edirik:

"Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev cənabına

230040771 nömrəli cinayət iş üzrə zərərçəkmiş Elcan Elgün oğlu Beybudovun qanuni nümayəndəsi Comərdov Elxas Səfi oğlu tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ:

Hörmətli, cənab Baş Prokuror!

Düz bir ildən yuxarıdır ki, mən Sizə müraciət edirəm. Düz bir ildən yuxarıdır ki, mən haqqımı, pozulmuş hüqumu bərpa etmək üçün Sizdən xahiş edirəm. Amma, deyəsən, Sizin rəhbərliyiniz altında çalışan əməkdaşlar, xüsusilə məktublarımı Sizdən gizlədənlər, mənim haqq işimi ya bilərəkdən Sizə çatdırmır, ya da hər mənim Sizə müraciətimdən DİVİDENT götürürlər. Çünki qarşı tərəfin, təqsirləndirilən şəxsin vəkili, ola bilsin dolayısı ilə bizim adımızdan dediyi, məhkəmə qərarında da qeyd edilmiş, - "80 000 (səksən min) manat bu iş üçün pul xərcləyiblər"- fikiri artıq öz təsdiqini tapır deyə, bu işi cidd-cəhdlə Sizdən gizləyirlər. Yoxsa, hər şey, hüquq-mühafizə orqanlarınızın özlərinin topladığı materiallarda təkzibedilməz sübutlar ortada ola-ola, bu iş belə qərəzli aparılmazdı, nə də bu qədər uzana bilməzdi. Hələ bu ağır cinayəti törətmiş şəxsi mühafizə edib, tutulmasına imkan verməyib, indidə məhkəmədə 44 günlük Vətən Müharibəsində olmasına dair arayışın olması gərəkliyini dilə gətirməzdilər. Düzdü, onlar bunu da ala bilərlər, hətta, istəsələr 1941-45-ci ilində döyüşlərində iştirakına dair arayış da gətirə bilərlər.

Necə olur, xəstəxana kağızına ürək tərəfdən, 8-9-cu qabırğalar arasından 2 bıçaq dəydiyi yazılır, amma ekspert rəyində bir bıçaq yazır, həm də 8-9-cu qabırğalar arasından dəymiş bıçağı daxilə nüfuz edən yox, qarına nüfuz edən yazdırırlar? Maraqlıdı?..

Hörmətli Kamran müəllim!

Azyaşlı (16 yaş) nəvəm Beybudov Elcan Elgün oğluna qarşı, 03.08.2023-cü il tarixdə, tanışı, təqsirləndirilən şəxs Vüsal Laçın oğlu Mayılov tərəfindən, sol qolunun altından, ürək nahiyyəsi tərəfdən, 8-9-cu qabırğalar arasından 2 bıçaq, ümulikdə daxilə nüfuz etmiş, (qarın nahiyəsində bıçaq xəsarəti olmayıb, heç bıçaq cızığı da belə yox idi) ümumilikdə 4 bıçaq xəsarəti yetirilmişdir. Bu cinayət hadisəsi ilə bağlı 06.08.2023-cü il tarixində, Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlammışdır. Hansı ki, toplanan cinayət işinin materiallarının içində olan ifadələrə və digər sübutlara istinad etsək, görərik ki, bu cinayət əməli həmin məcəllənin 29 və eyni zamanda 120.2.4 maddəsinə tövsif edilib araşdırılmalı idi. Amma, prosessual rəhbərliyi həyata keçirən prokuror və MÜSTƏNTİQLƏR bu cinayət əməlini, ciddi qanun pozuntuları ilə aparıb, hətta digərlərini də (ekspertləri, həkimləri) cinayət etməyə cəlb edib, ciddi saxtalaşma apardılar. Bundan əlavə, hadisədə istifadə olunan soyuq silah - bıçaq işin içindən çıxarıldı, dəyişdirildi, xəstəxanada zərəçəkənin paltarı itirildi, TŞ və həmin ərazidə olan obyekt və evlərin video-müşahidə kamera görüntüləri çıxarılmadı və şahidlər birtərəfli qaydada dindirildi, üzləşmə birtərəfli qaydada aparıldı. Bütün bu prosessual pozuntulardan sonra, çoxsaylı müraciətlərimizə guya baxırlar, - görüntüsü yaratmaq üçün "maddəni ağırlaşdırdıq" deyib, bu cinayət əməlini CM-nin 126.2.4 və eyni zamanda həmin məcəllənin 221.3 maddəsinə dəyişdirərək apardılar. Nəhayət, 6 aydan sonra bu cinayət işi Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsindən alınıb, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq şöbəsinə verildi. Nəticədə heç nə dəyişmədi. Ona görə yox ki, burada cinayət əməli əvvəl tövsif edildiyi kimi, düzgün olaraq aparılırdı. Yox. Ona görə ki, təqsirləndirilən şəxsin vəkilinin bizim adımızdan dediyi 80 000 (səksən min) manat deyəsən öz işini görürdü. Belə olmasa idi, 11 ay davam edən, sifarişlə, qərəzli ibtidai istintaqı aparılan bu cinayət işi bir çox qanun və prosessual pozuntularla davam etdirilib, alayarımçıq, tamamlanmamış ittiham aktı tərtib edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməzdi. Əslində, Ağır Cinayətlər Məhkəməsinə göndərilən bu cinayət işi 11 ayda toplanan və cinayət işinin içində olan kobud qanun pozuntuları təkcə CPM-nin 303.3.6-cı maddəsinin tələbinə uyğun olaraq, xitam verilib, geri, Prokurorluğa qaytarılmalı idi. Çünki həmin 303.3.6-cı maddədə deyilir ki, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması işə xitam verilib, Prokurorluğa qaytarılmasına zəmin yaradır. Həqiqətən toplanan, amma ona əməl edilməyən, 290.3.2-ci maddəni ciddi surətdə pozaraq aparılan, gizlədilən sübutlar bu maddələrin tələblərinə uyğundur. 303.3.6-ci cı maddənin içində istinad olunan 289.3.1 və 290.3.2-ci maddələr bu tələbi özündə ehtiva edir. İndi, baxaq görək, CPM-nin 289.3.1-ci maddəsi nə deyir, cinayət işinin içində toplanan materiallar nə söyləyir:

Maddə 289.3.1. Cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar;
Cinayət işinin içində, təqsirləndirilən şəxsin ifadəsinin hadisə yerində yoxlanılması zamanı onun əli ilə işarə edərək göstərdiyi zaman çəkilən şəkildəki yer arasında müstəntiqlərin hadisə yeri kimi təsvir etdiyi yer arasında 1 (bir) kilometrdən çox məsafə olduğundan;
Təqsirləndirilən şəxsin özünün ifadəsində 22:05 işdən çıxıb, evə gedərkən göstərməsi, müstəntiqlərin isə 22 radələrində yazıb, bu Məcəllənin 7.0.35-in pozulması;
Birbaşa ürək nahiyyəsi tərəfdən arda-arda, daxilə nüfuz etmiş, sol qolunun altından, ürək nahiyyəsi tərəfdən 8-9-cu qabırğalar arasından 2 bıçaq zərbəsinin olması, ümumilikdə 4 bıçaq xəsarəti yetirilməsi (bir bıçaq 5-6-cı qabırğalar arasına, bir bıçaq özünü müdafiə edərkən, göstərdiyi müqavimət nəticəsində qoluna) insan həyatı üçün vacib oqran olan dalağ və mədəsini zədələməsi, ağır cərrahiyyə əməliyyatına məruz qoyulması.

Maddə 290.3.2. Öz qərarı ilə ittiham aktının məzmunundan ayrı-ayrı bəndləri xaric etmək, ittiham aktındakı tövsiflə müqayisədə əməli cinayət qanununa uyğun olaraq daha yüngül məsuliyyət nəzərdə tutan cinayətə tövsif etmək və bu dəyişikliklərlə ittiham aktı təsdiq etmək.

Bütün bunlar, yəni CPM-nin məcəllənin 290.3.2-ci maddəsinin təsdiqini cinayət işinin içindəki ifadələrlə öz sübutunu göstərir. Yəqin ki, əlavə sübuta ehtiyac yeri qalmır. Təqsirləndirilən şəxsin özü, müxtəlif vaxtlarda ibtidai istintaq zamanı verdiyi ifadələrində bunları təsdiq edir. Məsələn; Təqsirləndirilən şəxs 06.08.2023-ci il, saat 11:05-də başlayıb 12:10-da tamamladığı və 4 ay sonra 29.11.2023-cü il 11:35-də başlayıb 12:05-də qurtaran, eynən təkrarladığı ifadəsində yazır: "Tanışlara demişdim ki, zərərçəkəni harada görsəniz, mənə bildirin". Bunu hadisədə adı şahid kimi keçən şəxs də öz səs yazısında və sonra verdiyi ifadəsində olduğu kimi, eynən təsdiq edir. Şahid səs yazısında və ifadəsində deyir: "Təqsirləndirilən şəxs iki barmağını bıçağın ağzına sürtərək, Elcanı gözləyir," Elcan üçün itləmişəm". eləcə də, 30.09.2023-cü ildə, saat 17:40-da başlayıb, 18:25-də tamamladığı ifadəsi...

Bütün bu ifadələrdə deyilən əməllər AR CM-nin 28.1-ci maddəsinin tərkibini yaradır. AR CM, Maddə 28.1: Cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur.

Azərbaycan Respublikasının CM-nin 27.3-cü maddəsində, bu kimi cinayətlərə görə açıq-aydın yazırılır: Başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir.
Bəs CM-nin 29-cu maddəsi nə deyir? AR CM, Maddə 29: Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik) şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur...

Bütün bunları sadalamaqla ağır cinayət işinin bir ildən artıq müddətdə hansı şəkildə aparıldığını diqqətə çatdırmaq istədim.

Hörmətli Kamran müəllim!

Bərbad halda, məqsədli şəkildə, qərəzli aparılan bu cinayət işinin belə aparılması dövlət adına, eləcə də ölkənin hüquq-mühafizə orqanlarının adına yaraşmaz. Odur ki, Sizdən xahiş edirəm, tərəfinizdən protes verilsin, bu cinayət işi təkrar istintaqa qaytarılsın.

Əvvəlcədən minnətdarlığımı bildirirəm.

E.Ş.Comərdov
Əlaqə telefonu: (055) 288-05-19, (051) 904-28-73."


Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:05

Kamran Əsədov ittihamları rədd edir - AÇIQLAMA

21:49

Paşinyan: "Sülh indi realdır"

21:08

Gültəkin Hacıbəyli İbrahim Kalına müraciət edib

18:53

İranın zəifləməsinə və parçalanmasına imkan verməyəcəyik - Pezeşkian

12:08

Nadir Hüseynovun öldüyü hadisənin təfərrüatı – Yaralanan qadın dayanacaqda dayanıbmış

12:01

Ağsuda saxta sənədlər hazırlayan şəxs həbs olunub

11:55

Azərbaycandan Ermənistana ixrac başladı – Neft məhsullarının ilk partiyası yola salınır

11:47

Saxta yolla imtahandan keçmiş tələbələr məktəblərdən xaric olunacaqlar

18:48

Kamran Əsədov 19 gün əvvəl təyin olunduğu vəzifədən çıxarıldı

18:40

Vəfat etmiş şəxsin pensiyasını kimlər ala bilər?..

13:27

Zakir Həsənov türkiyəli generalları qəbul edib

13:03

Azərbaycan Prezidenti Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşüb - FOTOLAR

12:33

Bir mübarizə hekayəsi: Roza İbadova Kocamaz - FOTOLAR

12:09

Abbas Abbasov da axtarışa verildi – Ramiz Mehdiyev işi genişlənir

19:09

Gültəkin Hacıbəyli Türkiyədən deportasiya olunur

13:23

İcra başçısının rüşvət almasının görüntüləri - DTX məlumat yaydı - VİDEO

21:48

Heydər Əliyev İzmirdə də anılıb - FOTOLAR

20:58

Səidə Haqverdiyeva məcburən boşandı və işdən çıxdı

22:05

Azərbaycanda maaşlar ay ərzində iki dəfəyə veriləcək

21:47

Daxili qoşunlar birbaşa Prezidentə tabe olacaq və polis səlahiyyətlərindən istifadə edəcək

21:31

Təhsil eksperti Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edildi: İmtahan suallarını satıb

14:18

Prezident ailə üzvləri ilə Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

11:31

Töhmət alan Rafael Hüseynov partiyadan istefa verir

20:55

İcra hakimiyyətlərində islahatlar başlandı, bəzi şöbələr LƏĞV EDİLDİ

21:24

Biri Paşinyanı ermənicə salamlayır, o biri ermənini bağrına basır!..

21:03

Rəsmi Tiflis Bakıyla İrəvanın yaxınlaşmasına mane olur

20:46

Əliyev Trampa məktub ünvanlayıb

18:44

Qayğıdan kənarda qalan Rəfael Ağayevin gileyi və həyat yolundan qısa məqamlar

12:59

Yeni tikiləcək 21 peşə məktəbi hansı rayonları əhatə edəcək?.. - AÇIQLAMA

12:00

Vergi güzəştləri ləğv edilir, gəlirləri artırılır...

11:35

Yaponiya AB qarşısında Rusiyanı müdafiə etdi

11:28

Türkiyə Ermənistanla sərhədi açmayacaq, ta ki...

11:19

Bank kartlarına təhlükə realdır - DİN-dən xəbərdarlıq

11:14

Türkiyədə üç futbolçu həbs olundu – SƏBƏB

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO