Prezident İlham Əliyev “Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi”nin təsdiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanın mətnini təqdim edirik:
1. “Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi” (bundan sonra – Nümunəvi Əsasnamə) təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Nümunəvi Əsasnamənin 12.1-ci bəndinə uyğun olaraq turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi qaydalarını altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi:
3.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Nümunəvi Əsasnamənin 5.2-ci, 5.4-cü bəndlərində, 7.2.5-ci və 7.2.6-cı yarımbəndlərində, eləcə də 10.2-ci, 12.3-cü və 12.10-cu bəndlərində nəzərdə tutulmuş normativ hüquqi aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 6 sentyabr tarixli 629 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 236 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 12 iyun tarixli 99 nömrəli Fərmanı) 1-ci hissəsinin birinci abzasının birinci cümləsinə “aqroparklar” sözündən sonra “, həmçinin turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri” sözləri əlavə edilsin.
5. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 168 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 12 iyun tarixli 99 nömrəli Fərmanı) 2.4-cü bəndinə “aqroparklar” sözündən sonra “, habelə turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri” sözləri əlavə edilsin.
6. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 158 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 12 iyun tarixli 99 nömrəli Fərmanı) 1-ci hissəsinin dördüncü, on üçüncü və on beşinci abzaslarına “aqroparklar” sözündən sonra “, habelə turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri” sözləri əlavə edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 577 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 30 may tarixli 77 nömrəli və 12 iyun tarixli 99 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nın 1-ci hissəsinə “aqroparklar” sözündən sonra “, habelə turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri” sözləri əlavə edilsin.
8. “Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 773 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 491 (Cild I) 1-ci hissəsi ləğv edilsin.
9. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli 284 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 499 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 12 iyun tarixli 99 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın 1.1-ci bəndinə “aqroparklar” sözündən sonra “, habelə turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri” sözləri əlavə edilsin.
10. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 847 (Cild I) 4.7-1.2-ci yarımbəndinə “ərazilərində” sözündən sonra “və turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzlərində” sözləri əlavə edilsin.
11. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 67 (Cild I) ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 5-1-ci hissəsindən “turizm və rekreasiya zonalarının baş inkişaf planlarına,” sözləri çıxarılsın və həmin hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Həmin iqtisadi fəaliyyət turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzlərində həyata keçirildiyi halda, belə rəyin alınması tələb olunmur.”.
12. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1841 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“1.1. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (bundan sonra – Agentlik) turizm, o cümlədən turizm və rekreasiya zonalarının fəaliyyəti və tabeliyindəki dövlət qoruqlarının (bundan sonra – Qoruqlar) ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahələrində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.”.
13. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 542 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 30 may tarixli 77 nömrəli, 12 iyun tarixli 99 nömrəli, 16 iyul tarixli 147 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.48-ci yarımbəndinə “aqroparklar” sözündən sonra “, habelə turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri” sözləri əlavə edilsin.
14. “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1492 (Cild I) 4.6-cı bəndi ləğv edilsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin (bundan sonra – Agentlik) tabeliyində “Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi” publik hüquqi şəxs (bundan sonra – Mərkəz) yaradılsın.
2. Müəyyən edilsin ki:
2.1. Mərkəz Azərbaycan Respublikasında turizm və rekreasiya zonalarının fəaliyyətinin təşkilini, onların idarə olunmasını və inkişaf etdirilməsini həyata keçirən publik hüquqi şəxsdir;
2.2. Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun iki müavini daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
2.3. Mərkəzin fəaliyyətinə cari rəhbərliyi icraçı direktor həyata keçirir;
2.4. Mərkəzin saxlanılması və fəaliyyətinin təmin edilməsi onun fəaliyyətindən əldə edilən gəlir, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.
3. Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.1. Mərkəzin idarəetmə orqanlarının yaradılması;
3.1.2. Mərkəzin yenidən təşkili və ləğvi;
3.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
3.2.1. Mərkəzin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;
3.3. Agentliyə:
3.3.1. bu Fərmanın 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Mərkəzin nizamnaməsini iki ay müddətində təsdiq etsin;
4.2. Mərkəzin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərinin həlli ilə bağlı üç ay müddətində zəruri tədbirlər görsün;
4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Agentlik:
5.1. Mərkəzin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;
5.2. Mərkəz dövlət qeydiyyatına alındıqdan sonra onun strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;
5.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
***
Prezident İlham Əliyev “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.Fərmanda deyilir:
1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 125 (Cild I); 2024, № 3, maddə 260; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 iyul tarixli 156 nömrəli Fərmanı) 2.7-1-ci bəndinə “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin.
2. “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral tarixli 110 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 117 (Cild I) 1-ci hissəsinə, 2-ci və 3-cü hissələrinin birinci abzaslarına, 6-cı hissəsinə “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin.
3. “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 125 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
3.1. adına, 1-ci hissəyə, 5.1-ci, 5.2-ci, 7.1-ci və 7.2-ci bəndlərə “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin;
3.2. 6-cı hissə aşağıdakı redaksiyada verilsin:
“6. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN ödəniş” informasiya sisteminin fəaliyyətinin təşkili və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görsün.”;
3.3. həmin Fərmanla təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamə” üzrə:
3.3.1. adına, 1.1-ci bəndə və həmin Əsasnaməyə Əlavəyə (hər iki halda) “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin;
3.3.2. aşağıdakı məzmunda 1.4-1-ci bənd əlavə edilsin:
“1.4-1. Operator bu Əsasnaməyə əsasən ödənişlərin təmin edilməsini qanuna uyğun olaraq lisenziya almış ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirir.”;
3.3.3. 3.8-ci bənddə “və avtomatik rejimdə fəaliyyət göstərən proqram-aparat kompleksidir” sözləri “ödəniş terminalıdır” sözləri ilə əvəz edilsin;
3.3.4. 7.18-ci bəndin ikinci cümləsində “banklar” sözü “ödəniş xidməti təchizatçıları” sözləri ilə əvəz edilsin;
3.3.5. 7.18-1-ci bənddə “bank və ya poçt” sözləri “ödəniş xidməti təchizatçısı” sözləri ilə əvəz edilsin.
4. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 16 iyul tarixli 147 nömrəli, 23 iyul tarixli 153 nömrəli, 24 iyul tarixli 155 nömrəli və 156 nömrəli fərmanları) 4.14-cü, 4.14-1-ci, 4.16-cı və 4.20-3-cü bəndlərinə “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin.
5. “ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 may tarixli 890 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 851 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2.8-ci bənddə “sistemi” sözü “informasiya sistemi üzərindən ödəniş xidməti təchizatçıları” sözləri ilə əvəz edilsin;
5.2. 3.3-cü bəndə “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin.
6. “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1019 (Cild I) 2.6-cı bəndinə “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1641 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 22 iyul tarixli 152 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
7.1. 6.1-ci bəndin birinci abzasının birinci cümləsinə “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin;
7.2. 6.1.3-cü yarımbənddə “sistemi” sözü “informasiya sistemindən” sözləri ilə, “məlumatları (ödəmə tarixi, vaxtı və əməliyyat nömrəsi) təqdim edir” sözləri “məlumatlar (ödəmə tarixi, vaxtı və əməliyyat nömrəsi) ötürülür” sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 52 (Cild I) ilə təsdiq edilmiş “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin 5.11-ci bəndində və 8.0.4-cü yarımbəndində “sistemi” sözü “informasiya sistemi üzərindən ödəniş xidməti təchizatçıları” sözləri ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1645 (Cild I) ilə təsdiq edilmiş “www.azexport.az” internet portalı haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
9.1. 4.2.8-ci yarımbəndin birinci abzasına “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin;
9.2. 6.0.6-cı yarımbənddə “sistemi” sözü “informasiya sistemi üzərindən ödəniş xidməti təchizatçıları” sözləri ilə əvəz edilsin.
10. “Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 yanvar tarixli 1803 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 59 (Cild I) 2-ci hissəsində “sistemi” sözü “informasiya sistemi üzərindən ödəniş xidməti təchizatçıları” sözləri ilə əvəz edilsin.
11. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1940 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 88 nömrəli və 25 iyun tarixli 113 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin 4.5-ci bəndinə “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin.
12. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 685 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 88 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin 13.4-cü bəndində birinci halda “və digər” sözləri “informasiya sistemi üzərindən ödəniş xidməti təchizatçıları və” sözləri ilə, ikinci halda “və digər” sözləri “informasiya sisteminə və” sözləri ilə əvəz edilsin.
13. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 3 mart tarixli 1621 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 209 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 88 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Elektron prokurorluq” informasiya sistemi haqqında Əsasnamə”nin 13.4-cü bəndində birinci halda “və digər” sözləri “informasiya sistemi üzərindən ödəniş xidməti təchizatçıları və” sözləri ilə, ikinci halda “və digər” sözləri “informasiya sisteminə və” sözləri ilə əvəz edilsin.
14. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 sentyabr tarixli 1845 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1034 (Cild I), № 2, maddələr 147, 158; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 88 nömrəli, 24 iyul tarixli 155 nömrəli və 156 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”nin 6.1.15-ci (hər iki halda) və 7.4.5-ci yarımbəndlərinə “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin.
15. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1035 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 88 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
15.1. 4.2.9-cu yarımbəndə “ASAN ödəniş” sözlərindən sonra “informasiya” sözü əlavə edilsin;
15.2. 12.7-ci bənddə “sistemi” sözü “informasiya sistemi üzərindən ödəniş xidməti təchizatçıları” sözləri ilə əvəz edilsin.
16. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1466 (Cild I) ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”nin 9.5-ci bəndində birinci halda “və digər” sözləri “informasiya sistemi üzərindən ödəniş xidməti təchizatçıları və” sözləri ilə, ikinci halda “və digər” sözləri “informasiya sisteminə və” sözləri ilə əvəz edilsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 486 (Cild I); 2024, № 5 (I kitab), maddə 516) ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 39-cu bəndində “Sığorta Kommersiya Şirkətinin” sözləri “Turizm Agentliyinin” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1378 (Cild I) 3-cü hissəsindən “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin sədri” sözləri çıxarılsın.
Becan.az