Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.Bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.
Son məlumata görə, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın, genişlənməsinə imkan verilmədən, qısa müddətdə söndürülüb.
Becan.az