Tanınmış jurnalist Aydın Canıyev həbs olunub.
Bakupost.az xəbər verir ki, A. Canıyevin jurnalist Eynulla Fətullayevin iddiaları əsasında həbs olunduğu bildirilir.Bu barədə A.Canıyevin Feysbuk hesabında məlumat verilib:
"Yasamal məhkəməsi Aydın Cana 1 aylıq inzibati həbs verdi. Eynulla Fətullayevin Baş Prokurorluğa Feysbuk statuslarına görə iddia ərizəsi əsasında. Aydın Can qərara etiraz etməmiş, vəkildən imtina etmişdir".
Həmçinin E.Fətullayev də özünün Feysbuk hesabında bu barədə paylaşım edib. O, paylaşımında Baş prokurora və məhkəməyə təşəkkür edib.
Becan.az