Ziyəddin Əliyevin Avstriyada da biznesi aşkar edildi - FOTOFAKT

18:55 21.01.2023 1 728
Ziyəddin Əliyevin Avstriyada da biznesi aşkar edildi - FOTOFAKT

“Qubanın icra başçısının Avstriyadakı 3.6 milyonluq biznesini bu şəxs idarə edir”

AZOROMO-nun (Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi) Avstriyadakı təmsilçisi Ramin Şükürovun Qubanın icra başçısı Ziyəddin Əliyevin bu ölkədəki 3.6 milyon avroluq biznesini idarə etdiyi bildirilir.

Yenixeber.org: Bu barədə jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında paylaşım edib.
Jurnalist yazıb ki, söhbət “S.M.A.N BUSİNESS SOLUTİONS GMBH”dən gedir:

“Ramin Şükürov Azərbaycanda müəmmalı tenderlərin də açar isimlərindəndir. Məsələn, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Bakı Nəqliyyat Agentliyinə konsultativ xidmətlərə görə milyonlarla manatlıq tenderlər əldə edən 10-20 manatlıq şirkətlər Vyana üzərindən idarə olunur. BNA-dan iki il əvvəl 2.14 milyon manatlıq tender əldə edən “ALPİNA PARKİNG CONSULTİNG” MMC Avstriyada “ALPINA PARKİNG GMBH” Almaniya şirkəti ilə ortaq yaradılıb. Şirkət Bakıda Nəsimi rayonu, Eldar Tağızadə küç., ev "18A" ünvanında hüquqi qeydiyyatdadır.

Burada qeydiyyatda olan digər şirkət “ORN GROUP" MMC ötən il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən 4 milyon 144 min manatlıq tender əldə edib. “ORN GROUP” 2004-cü ildə Bakıda, onun uzantısı “ORN GMBH” isə 2008-ci ildə Avstriya paytaxtında yaradılıb.
"ORN GMBH" Vyanada “Reisnerstraße 61” ünvanında yerləşir. Əvvəllər şəxsən Ziyəddin Əliyevin özünün təsis etdiyi, sonradan oğlu Nicat Əlibəylinin idarəçiliyinə verilən “S.M.A.N Business Solutions GMBH” də burada fəaliyyət göstərir.

Şirkətin adı təsisçilərin adlarının baş hərflərindən (Orxan, Ramin, Nicat) götürülüb. Ziyəddin Əliyevin oğlu Nicat Əlibəyli Vyanada “Kenny” restoranlar şəbəkəsinə də 25 faizlik payla şərikdir.

Vyanadakı iri şirkətlərdən olan “PKE Holding AG” “ORN GROUP”un tərəfdaşıdır və onun hüquqi qeydiyyatda olduğu ünvanda “PKE CASPIAN MMC” adı ilə özünün Azərbaycandakı qolunu təsis edib.

Avstriya paytaxtında “ESPRESSO MOBIL” brendi ilə yeni-yeni təşəkkül tapmağa başlamış eyni adlı şirkət də Ziyəddin Əliyevin meneceri sayəsində Azərbaycanda “ESPRESSO MOBIL AZE” MMC adı ilə Nəsimi rayonu, Eldar Tağızadə küsç., ev "18A" ünvanında qeydiyyatdan keçib.
Qubanın icra başçısının Ukraynada sahib olduğu asfalt zavodu və bu ölkəyə rəsmi investisiya şəklində yatırdığı 7 milyon avronun mənbəyi ilə bağlı indiyədək heç bir aydınlıq yoxdur”.
Mətbuat orqanı olaraq, qarşı tərəfin cavab haqqını tanıyırıq.

Becan.az









Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}