Həbsdə olan tanınmış jurnalist Əvəz Zeynallı saxlanıldığı təcridxanadan digər təcridxanaya köçürülüb.
Məlumata görə, onun yeri Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasından Penitensiar Xidmətin tabeliyində olan 1 saylı Bakı İstintaq Təcridxanasına dəyişdirilib.
Qeyd edək ki, Ə.Zeynallı rüşvət almaqda ittiham edilir. Ə.Zeynallı barəsində cinayət işi başlanıb və ötən ilin avqustunda barəsində həbs-qətiimkan tədbiri seçilib. Həmin vaxtdan etibarən, O, DTX-nın təcridxanasında saxlanılırdı.
Hazırda iş üzrə istintaq gedir.
Becan.az