Əvəz Zeynallının həyat yoldaşı etiraz aksiyası keçirib

20:30 24.01.2023 1 272
Əvəz Zeynallının həyat yoldaşı etiraz aksiyası keçirib

Yanvarın 24-də həbsdə olan "Xural TV" internet televiziyasının rəhbəri Əvəz Zeynallının həyat yoldaşı Məlahət Qüsuri Baş Prokurorluğun İstintaq İdarəsinin binası qarşısında etiraz aksiyası keçirib.

Turan.az xəbər verir ki, o, jurnalistin 5 ay həbsdə olduğu müddətdə ailəsi ilə görüş və telefon danışığına qoyulan məhdudiyyətə etiraz etdiyini bildirib:
"Əvəz Zeynallı dövlət cinayəti törətməyib və ailəsi ilə görüşüb əlaqə saxlamaq onun təbii hüququdur".

Məlahət Qüsuri bütün sivil variantlara əl atdığını qeyd edib.

"Prezidentə müraciət etdim, ondan sonra Əvəz Zeynallı, mən ombudsmana müraciət etdik, onlar dedilər ki, mümkün qədər kömək edəcəklər, amma, görünür ki, bacarmırlar, dəfələrlə həm canlı efirdə, həm ərizə ilə yazırıq, amma cavab yoxdur. Düşünürdüm ki, Prezidentə müraciətdən sonra bu qadağalar aradan qalxacaq, çünki Əvəz Zeynallının həbsi qanunsuzdur, saxta ittihamlarla həyata keçirilib və ailəsi ilə görüşünün qarşısının alınması təzyiq üsuludur", - deyə, O, qeyd edib.

Jurnalistin həyat yoldaşı yenə Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Eyvazova müraciət edərək, telefon danışığı və görüş qadağalarının aradan qaldırılmasını istəyib.

Məlahət Qüsuri həmçinin axtarış zamanı evlərindən götürülən və qızlarının təhsil haqqı üçün nəzərdə tutulan vəsaitin ailəsinə qaytarılması ilə bağlı göstəriş verilməsini istəyib.

Onun sözlərinə görə, Əvəz Zeynallının səhhətində ciddi problemlər var:
"Saxlandığı təcridxananın tibb müəssisəsində ona zəruri göz əməliyyatının aparılmaması üçün müxtəlif bəhanələr gətirilir və heç kəs məsuliyyəti öz üzərinə götürmək istəmir. O zaman müvafiq orqanlar Əvəz Zeynallının ev dustaqlığına buraxılıb, zəruri müayinəsi və əməliyyatı üçün lazımi addımları atmalıdırlar".

Məlahət Qüsuri bildirib ki, tələbləri yerinə yetirilməyənə qədər hər həftə İstintaq İdarəsinin binası qarşısında etiraz aksiyası keçirəcək.

O bildirib ki, Baş Prokuroprluğun Istintaq İdarəsinin rəis müavini Qasım Məmmədov tərəfindən qəbuil edilib.
"Qasım Məmmədov dedi ki, iki-üç gün müddətində qaldırdığım problemlə bağlı məsələyə baxılacaq", - deyə, jurnalistin həyat yoldaşı qeyd edib.

Xatırladaq ki, Vəkil Elçin Sadıqov və "Xural TV" saytının təsisçisi Əvəz Zeynallı 2022-ci il sentyabrın 10-da rüşvət almaqda şübhəli bilinərək saxlanılıblar, sentyabrın 11-də isə məhkəmə hər ikisini həbs edib.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına keçirib.

Sonradan Zeynallıya qarşı CM-in 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə yenidən ittiham elan edilib. Dekabrın 29-da Zeynallının həbs müddəti 3 ay uzadılıb.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}