“Killer jurnalist”lərin “ayı xidməti” - Medianı “eşşəyə tərs mindirənlər”

11:49 6.02.2023 764








İlqar Salmanov
(Yenixeber.org)










Media çəpərləmələri: yeni qanun, köhnə problem…

Biz, sizlərdən fərqli olaraq, medianı dövlət, millət məsələsi, var olmaq şansı bilirik

Deyilənə görə, Finlandiyada insanlar problemsizlikdən depressiyaya düşürlər. Deyəcəksiniz ki, orası yer üzünün bir cənnət nümunəsi, bizə nə dəxli var. Dəxli var, bir az fərqli olmaqla... Məsələn, bizdə haqqı deyənin həmişə “başına sığal çəkib”, ünvanına xoş sözlər deyilmir ki. Həmişə belə olardısa, biz də, fin qardaşlarımız kimi, depressiyada çabalayardıq. Biz də çabalayırıq, amma bu depressiya-filan deyil, nədirsə dünyada ancaq bizə məxsus, adı bilinməz olan bir nəsnədir. Həm də elə bir nəsnə ki, vaxtaşırı yenilikləri ilə bizi “sevindirir”.

Eyni ilə “Killer jurnalist”lərin “ayı xidməti” kimi... Köləlik, mütilik xarakter məsələsidir: İnsanla bərabər doğulur, bir ömür boyu ayrılmır, bərabər də ölür. Bu, mənə aidiyyatı olmadığı kimi, mənim kəşfim də deyil: Psixologiya elmi belə deyir... Belələri ağılları kəsəndən bu xarakterinə uyğun yolun yolçusu olur: bu yolla hansısa mövqe sahibi olur, çörəyi də bu yolla qazanır...

“Killer jurnalist”lərin “ayı xidməti” - Medianı “eşşəyə tərs mindirənlər”

Mediamızın MEDİA problemi

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərman imzaladı. Və bu Fərmanla da, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bazasında Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı. Əhməd İsmayılov da öz vəzifəsində qaldı... Sadəcə, qurumun adı dəyişdi. Əhməd müəllim, həmin günlərdə hədsiz ümidverici, ruhlandırıcı çıxışları ilə bütün media cameəsini sevindirirdi. Xüsusi ilə də, media subyektlərinin iqtisadi müstəqilliyinin təmin olunacağı vədləri ilə. Media resursu üçün iqtisadi müstəqilliyin nə dərəcədə əhəmiyyətli olduğunu isə bilənlər bilir.

Əhməd İsmayılov bu mövzuda çıxışlarından birində dediyi kimi: “Məqsədimiz, hər bir media subyekti ilə ayrı-ayrılıqda biznes fəaliyyətinin araşdırılması, oun təhlil olunması və beynəlxalq aləmdə olduğu kimi, qabaqcıl media biznesinin idarəedilməsi istiqamətindəki aparıcı təcrübənin bizim media subyektlərinə də tətbiq edilməsi imkanlarını araşdırmaq və bunun tətbiqi ilə bağlı layihələrlə dəstək göstərməkdir. Bu, bizə imkan verəcək ki, iqtisadi asılılıq baxımından bizim media subyektləri müstəqilliyini təmin etmiş olsunlar. Çünki media subyektinin birbaşa məqsədi məhz informasiyanın yaradılması, əldə edilməsi və ötürülməsindən mənfəət əldə etməkdir. Biz, bu mexanizmin işə düşməsini təmin etməliyik ki, bu gəlirlər vasitəsi ilə media subyektləri özlərinin inkişafına, eyni zamanda mediada çalışan jurnalisltərin sosial təmiantının yaxşılaşmasına, onların peşə hazırlıqlarının artrılmasına yardım edilsin”.


Əhməd müəllim beynəlxalq aləmdəki aparıcı media biznesi təcrübəsinin ölkə mediasında tətbiqini də qeyd edirdi: “Beynəlxalq aləmdə olduğu kimi, qabaqcıl media biznesini araşdırmaq... və bunun tətbiqi ilə bağlı layihələrlə dəstək göstərmək”.

O gündən bu günə bizi nə az-nə çox, iki ildən artıq zaman ayırır. Bəlli mənada yetərincə zamandır... Belə məlum olur ki, cənab İsmayılov ya verdiyi sözün üstündə dura bilmədi, ya da elə əvvəlcədən bizimlə “zarafat eləyib”. İlbəil, aybay, günbəgün, saatbasaat zaman Azərbaycan mediasını uçuruma aparır... MEDİA “Media Haqqında” Qanunun ağlımıza gəlməyən, təsəvvür belə etmək istəmədiyimiz, bir az da yumşaq desək, arzuolunan olmayan sərt üzünü “Tərs sillə” kimi Azərbaycan mediasına vurmaqdadır. Mən, bu istiqamətdə çox da detallara varıb, zaman almağı uyğun bilmirəm...

Belə məlum olur ki, məqsəd, obrazlı desək, çərçivəli, sözeşidən, gözükölgəli, bir az da ev pişiyinə bənzər “jurnalist” kütləsi formalaşdırmaqdır.

Bu “tenologiya”nın, dövləti və milli maraqlar baxımından, yaşatdığı və yaşadacağı qaçılmaz olan fəsadlarısa başqa bir yazının mövzusudur. Qısaca... bir həqiqət var ki, sayənizdə Azərbaycan mediası “Biləcəridə ilişib qalıb”. Dünya bəyənmədiyimiz, qəbul etmək istəmədiyimiz düşmən mediasını oxuyur, qəbul edir. Ki, bu da ya sizlərin bilərəkdən, ya da zəkanızın dayazlığı səbəbindən dövlətçiliyimizə sarsıdıcı “Tərs sillə” ilə müşahidə olunur...

On illərdir ki, yemlədiyiniz, adını da “dövlətin mediaya dəstəyi” qoyduğunuz xətt, prinsiplər YANLIŞDIR! Özünü doğrultmur, doğrultmayacaq da... Bu çılpaq həqiqəti gördüyünüzə əmin olduğum kimi, bilərəkdən qəbullanmadığınıza da şübhəm yoxdur!

Biz – sizlərin bu əmməllərinə etiraz edənlər, sizlərdən fərqli olaraq, müstəqil, azad medianın Azərbaycan Dövlətinin, bu ölkə xalqlarının maraqları baxımından, dəyərini dərk etdiyimiz kimi də, olmasını istəyirik. Biz, sizlərdən fərqli olaraq, medianı dövlət, millət məsələsi, var olmaq şansı bilirik. Və bu səbəblərdən də, müxtəlif formalarda çarpışırıq, həm də davamlı olacağı ilə...

Bu da bizim xarakterimizdir: bizlər bu dövlətin qurulmasında, az da olsa belə, var olmuşlarıq, küçələrdə, meydanlarda hayqırmaqla, milis dəyənəyini belimizdə “daşımaqla”...

İndi isə, Əhməd İsmayılov, sizlər hansısa özəl maraqlar naminə bir “çətə”, “killer jurnalist” kütləsi yaradıb da, bizləri bu haqq yolunda durdurmaq istəyindəsiniz. Adına Media Reyestri dediyiniz, məramı naməlum, dövlətin digər – daha da üstqurum sayılan strukturlarını təkzib edən kolonda toparlamaq, ağzımıza qıfıl taxmaq cəhdləri ilə... Edə bildiklərinizdən fərqli olaraq, bizimlə olmayacaq! “Killer jurnalist”lərinizin “ayı xidməti” ilə özəl maraqlarınızı qorumaqla bərabər, həm də, mediamızı “eşşəyə tərs mindirirsiniz”...

“Killer jurnalist”lərin “Səlib yürüşü”

Bizlər – satılmış və cəsarətsiz “həmkar”larımızdan fərqli olanlar, medianın sevgili dövlətimiz və millətimiz üçün dəyərini bilənlər, bu yanaşmaya, bu prinsiplərə, bu fəlsəfəyə susqun dura bilmirik, dura bilmərik də... Buna bizim hüququmuz olmadığı kimi, haqqımız da yoxdur!

Amma, nə yazıq ki, özlərinin təbirincə desək, Əhməd İsmayılov MEDİAsının formalaşdırdığı bir “killer jurnalist” kütləsi var. Bəli, məhz “killer jurnalist” kütləsi... Əslində jurnalist adına “killer” yarlığını yapışdırmaq mənim üçün çox üzücüdür, ağırdır. Nə qədər ağır olsa da, çılpaq həqiqətdir: adam yemlədiyi “jurnalist”lərdən bir “killer” toplumu yarada bilib. (Zatən, yaradıcılığı bir “Biləcəridə ilişib qalan media”, bir də “killer jurnalist”lər oldu). Eyni ilə bəlli aləmdə olduğu kimi: pulunu verib, hədəfini vurdurmaq. (Kənardan necə də, yazıq görünürlər).

Bu “maşa” kimi kullanan “killer jurnalist”lər də ağına-qarasına baxmadan, ağızlarına gələn üfunəti püskürür... Əməllicə “Səlib yürüşü”nə başlayıblar!

Olsun, bizlər elə bir dövrü yaşamaq məcburiyyətində olanlarıq ki, belə “məhəbbətə” alışmışıq.


Bəs media? Niyə bu dilsiz–ağızsız medianı “ayı xidməti”nizlə “eşşəyə tərs mindirirsiniz”? Niyə bu medianı “sabun köpüyü”nə çevirirsiniz? Niyə “düşmən dəyirmanına su tökürsünüz”? Niyə dərk etmək istəmirsiniz ki, düşmənlə savaşda ən vacib olanı mediadır? Məgər son illərin olub–bitənləri yetərli olmadı?.. Və s.

Bu “Səlib yürüşü”nə ayırdığınız zaman və enejinizə təəssüflənmək də sizə qalsın... Əgər istəsəniz.

Və son əvəzi

Mən, Azərbaycan mediasının qüsursuz olduğunu, təsadüflərdən xali olduğunu da iddia etmirəm... Təəssüf ki, media adına utancverici, “partizan”lıq edənlər də var. Çoxları kimi, mən də bilirəm ki, elə “media orqanları” var ki, nə ünvanı, nə hansısa əlaqə vasitəsi var, nə də hansısa bir media qoxusu” hiss olunur. Amma bu kimi saysız çirkablardan qurtulmağın yolu bir başqadır. Bundan ötrü bir mexanizm, bir yol tapmaq da çətin deyil. Təbii ki, istək səmimi olarsa.

Hələlik isə, Azərbaycan mediası ilə bağlı bu yanaşmanıza redaktə etməyiniz daha uyğun olardı... Azərbaycan naminə!
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:48

Müharibə veteranlarının təqaüdləri artırılacaqmı? - AÇIQLAMA

16:56

Kərə yağının aybaay bahalaşmasının səbəbləri - Araşdırma

16:48

Silahlar Ermənistana açıq daşınır: məxfilik yoxdur - Manukyan

16:29

Çakraborti müsəlmanları təhqirə görə üzr tələbini rədd etdi

16:22

İlham Əliyev avropalılara: "Əgər biz cəngəllikik, bizdən uzaq durun"

16:06

Azərbaycanda özəl olaraq yük aeroportu tikilir

11:18

Azərbaycan paytaxtında yüksək ümidlər və böyük gözləntilərlə COP29 başladı

15:41

Azərbaycan Xalqı Türkiyə Prezidentindən təbrik aldı

12:29

Bayraq Meydanında üçrəngli Azərbaycan bayrağı yenidən qaldırılıb

12:23

İnternet üzərindən narkotik maddə satan 150 nəfər saxlanılıb

12:02

Azad olunmuş ərazilərə 8,6 milyard ABŞ dolları investisiya qoyulacaq

11:57

Pakistanda dəhşətli partlayış: 24 ölü, 30 yaralı

11:52

Türkiyə XİN Azərbaycanın Bayraq Günü ilə bağlı paylaşım edib

11:47

İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

11:40

Yol polisi sürücülərə müraciət etdi

18:20

Trampın Azərbaycan açıqlaması İrəvanı qarışdırdı

18:15

Trampın seçilməsinə İrandan ilk reaksiya

18:11

Azərbaycan Prezidenti ABŞ-ın yeni prezidentini təbrik edib

18:06

Gənc jurnalist vəfat edib

11:11

Ermənilər üçün göz yaşı tökən Pelosi yenidən seçilir

11:05

Ərdoğanla Əliyevin görüşü olub

11:44

Çakraborti müsəlmanları doğramaqla hədələdi...

11:33

Rusiyada həbs edilən generalla bağlı yeni detallar - VİDEO

11:26

General işdən azad olundu, yerinə polkovnik gətirildi

10:57

DYP-dən sürücülərə müraciət

10:50

Ağsuda yeznəsini qayçı ilə vuran şəxs saxlanılıb

10:43

Yeni telekanal fəaliyyətə başlayır

10:34

İlham Əliyev və xanımı Bakı Olimpiya Stadionunda şəraitlə tanış olub

10:30

Ermənilər “ən güclü silah”ını itirir

21:46

M.Ə.Rəsulzadənin "Panturanizm haqqında" kitabı yayınlanıb

16:56

Narkotika istifadəçisi olan avtobus sürücüsü həbs edildi

15:59

Məsuliyyətə cəlb edilən polkovnik, görün, kimin oğludur?

13:06

Zaqatalada iki nəfər dəm qazından zəhərləndi

13:02

Amerikalı reper Ermənistanı aldadıb - 6 milyon dollar

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO