İtaliya Senatında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

19:47 24.02.2023 1 261
İtaliya Senatında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Salvatore Sallemi: “Belə cinayətlərin yenidən yaşanmaması üçün Xocalı faciəsinə hüquqi qiymət verilməlidir”

Xocalı soyqırımının ildönümü ilə əlaqədar İtaliya Senatında “Xocalı faciəsindən 31 il sonra barışıq və sülh quruculuğu naminə ədalətin əhəmiyyəti” mövzusunda konfrans keçirilib.

Senatın Avropa İttifaqı siyasəti komissiyasının sədri Ciuliomaria Terzi Sant’Aqata konfransda açılış nitqi ilə çıxış edərək, bildirib ki, 1992-ci ilin 26 fevralında törədilmiş Xocalı faciəsi insanlıq əleyhinə ən amansız cinayətlərdən biridir. Diqqətə çatdırılıb ki, faciədən 28 il sonra, 2020-ci ildə İkinci Qarabağ müharibəsi baş verib və Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli Bəyanatla Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulub.

Senator C.Terzi Avropa İnsan Hüquqları Məhkəməsinin Xocalı ilə bağlı 2010-cu il 22 aprel tarixli qərarını səsləndirərək, beynəlxalq hüquq və ədalət naminə Xocalı faciəsinin yad olunmasının vacibliyini qeyd edib.

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov tarix boyu Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının olduğunu bildirib, xalqımıza qarşı etnik təmizləmə siyasətinin həyata keçirildiyini vurğulayıb. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımı zamanı 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb və onlardan 150 nəfərin aqibəti indiyədək məlum deyil.

Səfir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasından, soyqırımı həqiqətlərinin yayılması istiqamətində atılan addımlardan bəhs edib.

İtaliya İnsan Hüquqları Federasiyası-İtaliya Helsinki Komitəsinin sədri professor Antonio Stanqo Xocalı hadisələrinin beynəlxalq hüquqa, o cümlədən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya uyğun olaraq soyqırımı cinayəti kimi tövsif edildiyini bildirib. O, 2020-ci ildə İtaliya Senatında başlanmış “Barışıq üçün etiraf et” təşəbbüsünün davam etdiyini, bu xüsusda insan hüquqları təşkilatlarının və parlamentarilərin üzvlüyünə açıq olduğunu bildirib.

Xocalı faciəsinin Ermənistanın Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti olduğunu qeyd edən senator Salvatore Sallemi dinc əhaliyə, o cümlədən körpə uşaqlara, qadınlara qarşı törədilən vəhşiliklərdən dəhşətə gəldiyini bildirib və bu cür cinayətlərin yenidən yaşanmaması üçün Xocalı faciəsinə hüquqi-siyasi qiymətin verilməsinin vacibliyini vurğulayıb.

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin nümayəndəsi Emanuel Farruccia isə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində sülh prosesi ilə bağlı öz təcrübəsindən bəhs edib, 30 ilə yaxın davam etmiş bu danışıqların bir nəticə vermədiyini diqqətə çatdırıb. O, Xocalı faciəsinin inkar edilməsinin qeyri-mümkün olduğunu vurğulayaraq Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Xocalı faciəsində törətdikləri vəhşiliklərlə bağlı etiraflarının hələ də unudulmadığını bildirib. Diplomat Xocalı qətliamının Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin bir hissəsi olduğunu söyləyərək daha sonra bu qətliamın işğal zaman Azərbaycanın digər yaşayış məntəqələrində də davam etdirildiyini diqqətə çatdırıb. O, cinayətkarların cəzalandırılması üçün beynəlxalq tribunalın yaradılması təcrübəsi olduğunu xatırladıb.

Xocalı soyqırımının acı nəticələri barədə ətraflı məlumat verilən konfrans İtaliya Senatının televiziyası və yutub kanalı vasitəsilə canlı yayımlanıb.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

12:20

İlk rübün bahalaşan və ucuzlaşan məhsulları - SİYAHI

10:38

TƏBİB-in yeni icraçı direktoru vəzifə islahatlarına başladı

10:21

ABŞ-İran nümayəndə heyətləri Pakistanda görüşəcək - 2-ci raund

09:37

Estoniya Rusiyadan hücum gözləmir, amma...

13:34

On milyon ton taxılın sorğu-sualı... - Baş Prokurorluqda dindirilmə

13:22

Heyvan idxalı azalıb: Ət yenə bahalaşacaq?

12:41

Netanyahudan İranla bağlı açıqlama: "Bu, son deyil..."

12:09

Əli Əsədovla bağlı suala Elmar Məmmədyarovun cavabı

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}