“Sağ qalmağınızı, ötənilki hadisələrin təkrarlanmamasını istəyirsinizsə, siyasətinizi dəyişin”.
“Report” xəbər verir ki, bunu İranda çıxan hakimiyyətə bağlı “Cümhur-e İslami” qəzeti yeni illə bağlı (İran təqvimi ilə martın 21-də yeni il başlayır - red.) məqaləsində rejim nümayəndələrinə müraciət edərək yazıb.
Mətbu orqan İranın Ukrayna müharibəsinə müdaxiləsi və ölkədə milli valyutanın devalvasiyasından da bəhs edib:
“Baş verən hadisələr yürüdülən mövcud siyasətin nəticəsidir”.