Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:28 19.11.2026 182
Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

"Məleykə Abbaszadə Bakı Dövlət Universitetinə rektor təyin edildikdən sonra universitetin əvvəlki nüfuzu, imici və reputasiyası bərpa olunacaq".

Becan.az xəbər verir ki, bunu Axar.az-a təhsil eksperti Elçin Əfəndi Bakı Dövlət Universitetində baş verən rəhbər dəyişikliyini şərh edərkən deyib.

“Məleykə Abbaszadə təhsili, qəbul proseslərini bilən şəxsdir. O cümlədən, beynəlxalq əməkdaşlığa açıq olan biridir. Bu isə BDU-nun həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə imicinin daha da yaxşılaşmasına imkan yaradacaq. Bakı Dövlət Universiteti yenidən ən öndə gedən, ən dayanıqlı universitet statusunu tədricən bərpa edəcək”, - deyə o bildirib.

Ekspert əlavə edib ki, indi DİM-də rəhbər şəxsin kim olacağı ilə bağlı ictimaiyyət maraqla gözləyir:

“Məncə, bu vəzifəyə bir neçə namizəd düşünülür. BANM-ın rəhbəri Elmar Qasımov, ADNSU-nun rektoru Rüfət Əzizov, Naxçıvanın keçmiş təhsil naziri Elxan Nəcəfov, o cümlədən elm və təhsil nazirinin müavinləri və yaxud da Təhsilin İnkişafı Fondunun rəhbərliyindən bu posta namizədlər ola bilər.

Ümumilikdə, gələn şəxs qəbul imtahanı modelində müəyyən dəyişikliklər etməlidir, fənlərin sayı minimallaşdırılmalıdır, abituriyentlər üçün daha asan qəbul prosesi təmin olunmalıdır. Düzdür, qəbul olmaq ölkə vətəndaşı üçün ənənəvi baxımdan uyğundur. Sadəcə olaraq, proses elə çətindir ki, abituriyent 6-7 fəndən imtahan verir. Yəni beynəlxalq imtahanlara baxsaq, görərik ki, iki-üç fəndən imtahan götürülür. Bizdə də düşünürəm ki, bu istiqamətdə mütləq işlər görülməlidir və fənlərin sayı 6-7-dən 2-3 fənn həddinə qədər endirilməlidir.

Bundan əlavə, DİM-in rəhbərliyinə gələcək şəxs qəbul imtahanı nəticələrinin daha erkən elan olunması üçün müvafiq tədbirlər görməli və tapşırıqlar verməlidir. Çünki abituriyent imtahan verdikdən sonra təxminən bir ay, ay yarım gözləyirik ki, nəticələr elan olunsun. Bu da uzun müddətdir, nəticədə müəllimlər, abituriyentlər və valideynlər yayda normal istirahət edə bilmirlər. Düşünürəm ki, bu məsələlərə mütləq diqqət yetirilməlidir”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}