Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:34 17.11.2026 308
Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

Bakıda fəaliyyət göstərən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tibbi avadanlıqların nasaz olması ilə bağlı narazılıq yaranıb.

Becan.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Paylaşımda institutda sümük sıxlığını ölçmək üçün istifadə olunan densitometriya (osteodensitometriya) cihazının olmadığı və ya cihazın işləmədiyi iddia edilib.

Qeyd olunub ki, hər gün onlarla sümük-oynaq əməliyyatının aparıldığı, yüzlərlə pasiyentin sümük xəstəlikləri ilə bağlı müraciət etdiyi tibb müəssisəsində osteoporoz və osteopeniyanın müəyyənləşdirilməsi üçün nəzərdə tutulan belə bir cihazın olmaması xəstələr üçün ciddi problem yaradır.

Müzakirəyə qoşulan başqa bir həkim isə dövlət xəstəxanalarının tibbi təminatının aşağı səviyyədə olmasını önə çəkərək bildirib ki, həkimlərdən peşəkarlıq və tibbi protokollara uyğun fəaliyyət tələb edildiyi halda, xəstəxanaların zəruri avadanlıqla təmin olunmaması qəbuledilməzdir.

Həkim rentgen müayinəsi üçün növbə gözləyən insanların da ciddi çətinliklərlə üzləşdiklərini bildirib. O, şəxsi təcrübəsini bölüşərək qolundan əməliyyat olunduğu qış mövsümündə rentgen müayinəsindən keçmək və həkim rəyi almaq üçün ərazi poliklinikasına müraciət etdiyini deyib.

Onun sözlərinə görə, poliklinikada növbə gözləyərkən ağrıkəsici iynə vurdurmalı olub və soyuq havada uzun müddət gözlədikdən sonra evə qayıdanda bir gün özünə gələ bilməyib.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu müasir kompüter tomoqrafiyası (KT) və rəqəmsal rentgen avadanlıqları ilə təchiz olunub.

"Bu avadanlıqlar vasitəsilə sümük toxumasının vəziyyətini, struktur xüsusiyyətlərini, sümükdə baş verən dəyişiklikləri və müxtəlif patoloji əlamətləri qiymətləndirmək mümkündür. Müvafiq klinik göstərişlər olduqda KT və rentgen müayinələri sümük toxumasının vəziyyəti barədə mühüm diaqnostik məlumatların əldə edilməsinə şərait yaradır.

Osteoporoz və osteopeniya kimi xəstəliklərin diaqnostikasında müxtəlif instrumental müayinə üsullarından istifadə olunur. Densitometriya sümük mineral sıxlığının kəmiyyət göstəricilərinin müəyyənləşdirilməsi üçün xüsusi əhəmiyyət daşıyır. Bununla belə, travmatologiya və ortopediya sahəsində bu müayinə əsas diaqnostik üsul deyil, zəruri hallarda tətbiq olunan əlavə müayinə vasitələrindən biridir.

İnstitutda travmatoloji və ortopedik xəstəliklərin diaqnostikası və müalicəsi mövcud tibbi-texniki imkanlar, klinik göstərişlər və müasir tibbi yanaşmalar əsasında həyata keçirilir. Hər bir pasiyentin fərdi klinik vəziyyəti nəzərə alınaraq müvafiq müayinə üsulu müəyyən edilir",
- deyə məlumatda bildirilir.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}