Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla Nobel Sülh Mükafatına namizədliyini yarızarafat müzakirə etdiyini bildirib.
Xəbər verilir ki, Putin jurnalistlərə Trampın Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı suala cavab olaraq deyib:
"Biz bunu yarızarafat müzakirə edirdik".
Putin həmçinin qeyd edib ki, Nobel Sülh Mükafatı bir sıra hallarda sülhün əldə olunmasına verdiyi real töhfələrə görə deyil, siyasi səbəblərə görə verilib.
"Bu gün onun üçün mübarizə aparmağa dəyərmi, bilmirəm", - deyə Rusiya Prezidenti vurğulayıb.
18-19 noyabr tarixlərində Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin keçirildiyi Şençjen şəhərində olub. Sammit çərçivəsində Putin Çin prezidenti Si Cinpin və ABŞ prezidenti Donald Trampla həm ikitrəfli, həm də üçtrəfli formatda görüş keçirib.
Becan.az