Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

11:11 26.11.2026 259
Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

Paytaxtın Üzeyir Hacıbəyov küçəsi 9 ünvanında yerləşən binanın naxışlarla bəzədilmiş tarixi taxta qapısı sökülərək yerində şüşə konstruksiya quraşdırılıb. Maraqlısı budur ki, şikayətlərdən sonra yeni qapının üzərinə köhnə qapının təsviri yapışdırılıb.

Becan.az "Bakupost"-a istinadən xəbər verir ki, bu barədə memarlıq üzrə elmlər doktoru Elçin Əliyev məlumat yayıb.

Memarın paylaşdığı fotolarda tarixi qapı ilə onun yerinə quraşdırılmış yeni konstruksiya arasındakı fərq aydın görünür.


E.Əliyev bildirib ki, bu, son bir il ərzində tarixi memarlıq elementlərinin şüşə konstruksiyalarla əvəzlənməsinə dair ikinci belə cəhddir:

"Güman edirəm ki, bu, ölkənin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xəbəri ilə baş verib. Hər gün öz mənzillərində təmir işləri aparan vətəndaşların axtarışında şəhəri dolaşan onlarla xidmət əməkdaşının mövcudluğu şəraitində şəhərin düz mərkəzində baş verən belə bir vandalizmi görməmək, demək olar ki, mümkün deyil. Məncə, onlar sadəcə insanları və cəmiyyəti ələ salmaq qərarına gəliblər: tarixi qapını öz yerinə qaytarmaq əvəzinə, onun təsvirini şüşə konstruksiyanın üzərinə yapışdırıblar! Məgər tarixi irsin qorunmasının bu cür imitasiyası və ictimaiyyətin belə primitiv şəkildə aldadılması memarlıq abidələrini qorumağa məsul olan dövlət qurumları üçün məqbuldur? Dostlar, bu, bizim şəhərimizdir və vicdansız insanların onu eybəcər hala salmasına imkan verməyək!
Son bir il ərzində tariximizi şüşə ilə əvəz etmək üçün artıq ikinci cəhddir! Əvvəlki cəhd zamanı mənə Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri vasitəsilə susmağım müqabilində xeyli məbləğdə rüşvət təklif edilmişdi! Təbii ki, imtina etdim. Başqa cür ola da bilməzdi! Bu çirkin oyunlarda kimlərin iştirak etdiyini də bilirəm. Təəssüf ki, onların arasında tanışlarım da var idi. Odur ki, birbaşa obyektin sahiblərinə müraciət edirəm: özünüzü biabır etməyin və tarixi qapını öz qanuni yerinə qaytarın! Şəhərimizin tarixi üzərində qərar verməyə haqqınız yoxdur!".


Qeyd edək ki, hadisə Bakının tarixi-memarlıq irsinin qorunması, eləcə də şəhərin tarixi görkəminə münasibətlə bağlı geniş müzakirələrə və tənqidlərə səbəb olub.

***
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən "Bakupost"un sorğusuna cavab olaraq bildirildi ki, qurumun Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən sözügedən ünvanda yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinə baxış keçirilərkən binanın birinci mərtəbəsində qanunsuz müdaxiləyə yol verildiyi, giriş qapısının sökülərək şüşə konstruksiya ilə əvəz edildiyi müəyyən edilib.

Açıqlamada qeyd olunub ki, hazırda müdaxilə faktı ilə bağlı araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür. Eyni zamanda, abidəyə dəymiş ziyanın ödənilməsi və onun ilkin görkəminə qaytarılması istiqamətində işlər davam etdirilir.

"Bir daha bütün vətəndaşları, o cümlədən tarix və mədəniyyət abidələrinin mülkiyyətçiləri və istifadəçilərini mədəni irsimizə həssas yanaşmağa, abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət edilməsinə çağırırıq. Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin konstitusion borcudur".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}