Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı sözlərinə istehza ilə cavab verib.Rusiya KİV xəbər verir ki, Zaxarova Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan artıq Moskvada KTMT məsələsini şərh etdiyini xatırladıb:
"Təşkilatın Ermənistanı tərk etdiyini gördüyünü deyənlər onun "daxil olduğunu necə görürlər" sualına cavab verməlidir", - deyə, Zaxarova bildirib.
Xatırladaq ki, Nikol Paşinyan dəfələrlə "
Ermənistanın KTMT-dən çıxmadığını", əksinə,
"KTMT-nin Ermənistanı tərk etdiyini" vurğulayıb.
Becan.az