Qarabağ anklavı separatçılarla Rusiya və İranın ortaq “oylağı”na çevrilib; Tehran və Moskva Azərbaycana qarşı müştərək qəsd hazırlığı içində - Bakının cavabı gecikməyəcək...
İstənilən sülhün alternativi gec-tez müharibədir. Üç ildir Azərbaycanla sülh müqaviləsini müxtəlif bəhanələrlə ləngidən Ermənistan rəhbərliyi ya bu bəsit gerçəyi anlamaq istəmir, ya da bəzi xarici güclərin verdiyi vədlərin eyforiyası altındadır. Yaxud səbəb hər ikisidir. Bir yandan da kapitulyant ölkədəki Rusiyaya bağlı radikal-revanşist qüvvələr
“ocağa yağ töküb” qızışdırıcı mövqe tutmaqla, iki qonşu ölkə və xalq arasında ədavətin bitməsinə imkan vermir.
“Əgər erməni xalqı Nikol Paşinyanı hakimiyyətdən payıza qədər uzaqlaşdıra bilməsə, o zaman 2024-cü ildə yeni genişmiqyaslı savaş çağırışını qəbul etməli olacağıq”.
Bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini, radikal müxalif kəsimin təmsilçisi Artak Zakaryan deyib.
O, Ermənistanın bu müharibənin öhdəsindən gəlib-gəlməyəcəyinin müəmmalı olduğunu bildirib:
“Həyat göstərdi ki, müharibənin səbəbi nə Qarabağ, nə Zəngəzur, nə İstisudur. Yeganə səbəb Nikoldur. Serj Sərkisyanın dediyi kimi, Nikol hazırda danışıqlar aparmır, o, sadəcə, fərqli güc mərkəzlərinin təzyiqi altındadır və ziddiyyətli siyasət aparmaq məcburiyyətindədir. Nəticədə o, Qarabağ və Ermənistanın minimal maraqlarını izləmək məcburiyyətində qalıb. Sülh proqramının zamanı isə artıq bitir, onun əldə olunması üçün irəli sürülən potensial zəmanətlər tükənir”.Zakaryan Ermənistanın N.Paşinyanı 2021-ci ildə yenidən seçməklə ləyaqətli sülh imkanını itirdiyini söyləyib. O, həmçinin Ermənistanın bu dövr ərzində yeganə strateji müttəfiqindən - Rusiyadan məhrum olduğunu deyib:
“Danışıqları aparan şəxsi dəyişməklə yeni müharibədən qaça bilərik. Ermənistanı narahatverici gələcək gözləyir. Artıq illər yox, aylar qalıb. Əgər bu ruhda davam etsəniz, Azərbaycan və Türkiyəni dayandırmaq mümkün olmayacaq”.“Ləyaqətli sülh imkanı...”
Zakaryan təbii ki, bununla heç də Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanımasına əsaslanan sülh müqaviləsini deyil, tam əksini -
“miatsum” ideyasının hansısa şəkildə gerçəkləşdirilməsi şansını nəzərdə tutur. Beləcə, bu murdar məxluqlar 44 günlük savaşdan sonra da
“ləyaqətli sülh”ü Azərbaycandan torpaq qoparmaqda görürlər.
Ancaq erməni müxalifətçi xülyalarla yaşayır və yanılır. Məsələ ondadır ki, Paşinyanın hakimiyyətdən salınması ilə, sülh sazişini yubatmaqla Ermənistan nəinki daha sərfəli sülh müqaviləsi almayacaq, üstəlik, onu gözləyən yeni bəladan uzaqlaşa bilməyəcək. Çünki erməni xalqının əsas problemi hakimiyyət dəyişikliyinə bağlı deyil, məfkurə dəyişikliyinə bağlıdır. Yəni, müharibə məhz müxalifətin iqtidara gəlişi ilə daha sürətlə qaçılmaza çevriləcək. Unutmayaq, radikal-revanşist müxalifət çoxdandır 10 noyabr sənədindən imtina çağırışı ilə çıxış edir. Bu da 44 günlük müharibənin
“45-ci günə” keçməsi üçün ən qısa yoldur.
Azərbaycan isə 2023-ü kapitulyant ölkə üçün son şans ili elan edib. Odur ki, İrəvanın vaxtı çox deyil. Srağagün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə X Qlobal Bakı Forumunda elədiyi çıxışı zamanı Prezident İlham Əliyev bu barədə Ermənistanı bir daha xəbərdar edib. Dövlət başçısı əslində bununla Ermənistan adlı saxta dövlətin xilasının, köləlikdən qurtulub əsl suverenlik əldə edə bilməsinin yeganə
“yol xəritəsi”ni göstərib:
qonşu Azərbaycan və Türkiyə ilə vaxt itirmədən sülh anlaşmaları imzalamaq, ərazi iddiasından və xarici güclərin əlində maşa olmaqdan imtina etmək. Əfsus ki, Ermənistanın nə rəhbərliyi, nə də müxalifəti bölgədə ədalətli və daimi sülhün hamıdan çox erməni xalqına hava-su kimi lazım olduğunu dərk edə bilmir. Zaman isə gedir...
Ermənistanı Azərbaycanla sülh müqaviləsi imzalamağa qoymayan fitnəkar ölkələrdən biri də qonşu İrandır. Yeri gəlmişkən, bu arada qardaş ölkənin nüfuzlu
“Türkiye” qəzeti işğaldan azad edilən və Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Qarabağ bölgəsinə İranın terrorçu qruplaşma üzvlərini yerləşdirmək planı barədə sensasion məqalə ilə çıxış edib. Qəzet yazıb ki, İrəvanı
"qardaş" elan edən İran administrasiyası Qarabağı hətta Suriyaya çevirmək planları qurur.
“Tehranın gündəliyinə İran İnqilabı Keşikçiləri və şiə silahlılarından ibarət 4 min nəfərlik qüvvənin 2023-cü ilin mayına qədər Qarabağa köçürülməsi daxildir. Qarabağı suriyalaşdırmaq planına PKK-nı da daxil edən İran, Qərbi Azərbaycanda yaşayan yezidilərlə birlikdə Suriya və İraqdan minlərlə PKK yaraqlısını Qarabağa gətirərək, Azərbaycan Ordusuna qarşı döyüşmək üçün hazırlayır”, - məqalədə deyilir.
Yada salaq ki, az öncə İranın burdakı
“5-ci kolon”un da fəal iştirakı ilə ölkəmizə qarşı yeni təxribat planı hazırladığı barədə məlumat yayılmışdı. Bu günlərdə - 5 mart insidenti zamanı isə bəlli oldu ki, Qarabağ anklavında separatçı-kriminal ünsürlərin hərbçilərimizin hərəkətini izləmək və onları hədəfə almaq üçün müvafiq müşahidə kameraları ilə təmin olumasında İranın ötən ilin dekabrında Qarabağa yolladığı diversantlar mühüm rol oynayıb.
Rusiya
“sülhməramlı” kontingentin erməni separatçılarla
“qardaşlaşması” da öz yerində. Yəni, cənub və şimal qonşumuz əslində separatçılarla əl-ələ faktiki dövlətimizə qarşı müştərək qəsd planının içindədirlər. Beləcə, Qarabağ anklavı cinayətkar elementlərlə Rusiya və İranın ortaq
“oylağına” çevrilməkdədir.
Demək, qardaş Türkiyə ilə tandemdə Azərbaycanın cavabı qaçılmazdır. Adekvat və amansız bir cavab. Lakin Tehran və Moskvanın məkrli planlarının pozulmasında Qərb də Bakıya gərəkən köməyi eləməlidir - əgər vəziyyətin genişmiqyaslı hərbi toqquşmaya gətirməsini istəmirsə.
“Qərb Bakı ilə İrəvan arasında sülh yolu ilə nizamlanma üzrə danışıqlarda obyektiv olmalıdır. Hazırda regionda sabitsizliyin olmasından əsas faydalananlar İran və Rusiyadır. İran üçün Ermənistan ona sanksiyalardan yan keçməyə kömək edən əsas dayaqdır (Elə Rusiya üçün də-red.). Ermənistanın Azərbaycanla sülh bağladığı gün onun təcrid olunmuş ölkə olmaqdan çıxıb, qonşuları ilə sülh şəraitində yaşayan firavan cəmiyyətə çevriləcəyi gün olacaq. Artıq İrəvanın Tehran mollalarına arxalanmasına ehtiyacı qalmayacaq və onlar üçün marioneti rolu oynamayacaq. Bu səbəbə iranlılar Ermənistanla Azərbaycan arasında sülh prosesini pozmaq üçün mümkün olan hər şeyi etməyə çalışırlar”.
Bunu İsrailin keçmiş rabitə və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti Ayub Kara deyib.
Onun sözlərinə görə, Qərb onu da anlamalıdır ki, Qarabağdakı ermənilər üçün ən yaxşısı onların bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycan cəmiyyətinə inteqrasiyası, həmçinin Azərbaycanla Ermənistan arasında sülhün olmasıdır.
Deməli, əsas seçimi Qarabağdakı erməni icması eləməlidir...(musavat)