“Bizdə adətdir, çatışmazlıq varsa, qiyməti qaldırırlar” - Ekspert

22:16 23.03.2023 1 435
“Bizdə adətdir, çatışmazlıq varsa, qiyməti qaldırırlar” - Ekspert

“Ölkədə su ehtiyatlarımız barədə yaxşı proqnozlar verilmir. 2050-ci ilədək suyun 15-20 faiz azalacağı deyilir. Su təsərrüfatına indiyədək külli miqdarda vəsait qoyulmasına baxmayaraq, səmərə yox həddindədir. Potensialdan düzgün istifadə edilmir, müvafiq su ehtiyatları və onun istifadəsinə dair dəqiq uçot aparılmır, bilərəkdən və bilməyərəkdən itkilərə yol verilir. Odur ki, indiyədək həyata keçirilən bütün yenidənqurma və tikinti işlərinə rəğmən, əhalinin su ilə təminatı və kənd təsərrüfatında suvarılma dayanıqlı xarakter daşımır”.

Bakupost.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Pərviz Heydərov​ deyib.
Onun sözlərinə görə, vəziyyətdən çıxış yolunu yenə qiymətləri artırmaqda görənlər var:


"Çünki bizdə adətdir, çatışmazlıqlar varsa, öncə, tarifləri artırmaq zəruri bilinir. “Azərsu” ASC-nin sədr müavini bildirib ki, ölkədə mövcud su tarifləri ilə qurum rentabelli işləyə bilmir. Yenilənmə dövlət büdcəsi hesabına həyata keçirilir. Guya, tariflər dünyanın inkişaf etmiş ölkələrinə uyğun olarsa, rentabelli işləməyə və yenilikləri həyata keçirməyə şərait yaranacaq. Əvvəla, Tarif Şurasının 1 fevral 2020-ci il tarixli qərarına əsasən, hazırda 1 kubmetr içməli suyun qiyməti 70 qəpik, kanalizasiya xidmətlərinə görə isə 30 qəpik təşkil edir. Bu isə o deməkdir ki, əhali 1 kubmetr içməli su üçün 1 manat ödəyir. İkincisi, problem qiymətdə və tariflərdə deyil. İdarəetmədə yüksək keyfiyyət dəyişikliyinə və səmərələliyə nail olmasaq, heç nə əldə olunan deyil".

Ekspertin fikrincə, bunun üçünsə yalnız kadr dəyişiklikləri kifayət deyil, sözügedən sahədə struktur islahatları aparmaq və özəlləşdirmə məsələsinə baxmaq lazımdır:

"Meliorasiya və Su Təsərrüfatı ASC-nin əsas vəzifəsi isə su ehtiyatlarını idarə etmək, ölkə iqtisadiyyatının müxtəlif sahələrini, əsasən də aqrar sahəni suvarma suyu ilə təmin etmək, onun bölgüsünü həyata keçirtmək, səmərəli istifadəni təşkil etmək, torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq, sel sularına qarşı mübarizə tədbirlərini reallaşdırmaqdır.
Hər iki qurumun idarə olunması məgər bir əldə, bir tavan altında birləşdirilsə, səmərəli olmazmı? ​Su özü bir enerji növü və enerji mənbəyidir. Ondan istifadə sabit qalmır, davamlı artır və genişlənir. Odur ki, su ehtiyatlarının artırılması, yeni mənbələrin aşkarlanması və bu sahədə itkilərə yol verilməməsi daim diqqət mərkəzində saxlanılmalıdır. Əvvəla, əhalinin sayı artır, ikincisi, iqtisadiyyat yerində saymır - inkişaf edir, kənd təsərrüfatı məhsullarının istehsal həcmini artırmaq tələbi getdikcə daha çox ciddiləşir. Üçüncüsü isə iqlim dəyişir, su getdikcə dünyanın hər yerində obyektiv problemə çevrilir və sair. Odur ki, sözügedən sahədə bundan sonra daha çox iş görmək zərurəti var. İdarəetmə müasir tələblərə cavab verməli, meliorasiya və su təsərrüfatı sahəsində idarəçilik metodu dəyişməli, səmərəlilik əsas götürülməli, ümumiyyətlə, suya bir enerji növü və mənbəyi olaraq baxılmalıdır”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}