Mərkəzi Bank uçot dərəcəsini artırdı: Kredit bazarında nə baş verəcək?..

19:01 1.02.2023 1 558
Mərkəzi Bank uçot dərəcəsini artırdı: Kredit bazarında nə baş verəcək?..

"Uçot dərəcəsindəki dəyişikliklər kredit bazarına xüsusi təsir göstərməyəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Mərkəzi Bankın uçot dərəcəsinin artırılması qərarını şərh edərkən deyib. Onun sözlərinə görə, Mərkəzi Bankın uçot dərəcəsi daha çox inflyasiya səviyyəsində dəyişikliklər, o cümlədən makro iqtisadi göstəricilərə uyğunlaşdırılır:

"Nəzərə alsaq ki, 2023-ci il inflyasiya səviyyəsinin azalacağı proqnozlaşdırılır. Mərkəzi Bankın ilkin gözləntisi 9% inflyasiya idi, hazırda inflyasiya səviyyəsinin 2023-cü ildə 8% olacağı proqnozlaşdırılır. Bu rəqəm, xüsusən 2022-ci illə müqayisədə kifayət qədər müqayisəli şəkildə az inflyasiyadır. Çünki 2022-ci ildə 15%-ə yaxın inflyasiya qeydə alınıb. Ona görə uçot dərəcəsindəki azalmalar daha çox istehlak bazarındakı qiymətlər, makro iqtisadi stabilliyə uyğun olaraq qəbul edilir”.


Vüqar Bayramov qeyd edir ki, uçot dərəcəsindəki dəyişikliklər kredit faizlərinə xüsusi təsir göstərməyəcək:

"Çünki yenə də aparıcı bankların depozitləri üzrə faizləri aşağıdır. Bu gün sistem əhəmiyyətli banklarda kifayət qədər böyük məbləğdə passiv vəsaitlər var, onlar real sektora və bütövlükdə iqtisadiyyata hələlik kredit formasında yönəldilmir. Bu baxımdan, biz uçot dərəcəsindəki dəyişiklikləri antiinflyasiya aləti olaraq qiymətləndiririk”.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi artıraraq 8,5%-ə çatdırılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,75%, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5% səviyyəsində müəyyən olunub.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}